Icma.az
close
up
RU
OY’una Geldik filminin nümayişi təxirə Salındı Rejissor nazirliyə və kinoteatrlara çağırış etdi

OY’una Geldik filminin nümayişi təxirə Salındı Rejissor nazirliyə və kinoteatrlara çağırış etdi

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tuncelinin Ovacıq kəndində çəkilmiş və baş rolunu ustad aktyor İlyas Salmanın canlandırdığı "OYuna Geldik" filminin rejissoru Kazım Öz müraciət etdiyi vaxtdan 45 gün keçməsinə baxmayaraq, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin film üçün hələ də “Eser İşletme Belgesi” (Əsər İstismar Sənədi) vermədiyini açıqlayıb.

Kulis.az xəbər verir ki, bu sənəd olmadan filmin kinoteatrlarda nümayiş etdirilə bilməyəcəyini vurğulayan Öz həm nazirlik rəsmilərinə, həm də kinoteatr sahiblərinə çağırış edib.

Filmin nümayiş tarixi məcburi şəkildə təxirə salınıb

Filmin ssenarisi Ovacıq bələdiyyəsinin başçısı Mustafa Sarıgül tərəfindən yazılıb, rejissorluğunu isə "Elif Ana" (Elif ana), "Bir Kar Tanesinin Ömrü" (Bir qar dənəsinin ömrü) və "Zer" (Zər) kimi mükafatlı filmlərin rejissoru Kazım Öz edib. "OYuna Geldik" filminin kinoteatrlarda nümayişi məcburi şəkildə bir həftə sonraya təxirə salınıb.

Kazım Öz bildirir ki, filmin nümayiş tarixindən 45 gün əvvəl sənəd üçün müraciət edilib, lakin sənədin hələ hazır olmadığı filmin nümayişindən bir gün əvvəl bildirilib. Nazirlik rəsmiləri ilə keçirilən görüşdən sonra isə məlum olub ki, sənəd yalnız bir həftə sonra keçiriləcək Ali Şuranın toplantısından sonra verilə bilər.

Bu qeyri-müəyyən vəziyyətin qarşısını almaq üçün Kazım Öz kinoteatr sahiblərinə müraciət edərək onların dəstəyini istəyib.

Filmin gəlirinin böyük bir hissəsi Ovacıqdan keçən Munzur çayının və heyvanların qorunmasına yönəldiləcək.

Baş rolda Türkiyə kino sənayesinin əfsanəvi aktyorlarından İlyas Salman var. Onunla yanaşı, Ömür Arpacı, Kanbolat Görkem Arslan, Volga Sorgu, Kuzey Yücehan Sevgican, Levent İdem, Evin Örnek, Orhan Aydın, Zeynep Elçin, Rugeş Kırıcı və Ulaş Kaya kimi tanınmış aktyorlar da filmdə yer alıb.

Bundan əlavə, Tunceli Bələdiyyə başçısı Cevdet Konak və Ovacıq Bələdiyyə başçısı Mustafa Sarıgül də filmə qatılıblar.

Filmin prodüserliyini "Köz Film", icraçı prodüserliyini isə Şirvan Yılmaz Kırtel edib. Musiqilər Mustafa Biberə, ssenari isə Mustafa Sarıgül, Kazım Öz və Eyüp Boza məxsusdur.

Rejissor vəziyyətlə bağlı açıqlama verib:

"21 fevral tarixində kinoteatrlarda nümayiş etdirməyi planlaşdırdığımız "OY’una Geldik" filminin “Eser İşletme Belgesi” hələ də Sinema Genel Müdürlüğü (Kino Baş İdarəsi) tərəfindən bizə təqdim olunmayıb. 8 yanvar tarixində etdiyimiz müraciətə əsasən alt şura 18 fevralda iclas keçirib, lakin qərar verə bilmədiyi üçün məsələni Ali Şuraya yönləndirib. Nazirlik rəsmiləri Ali Şuranın yalnız gələn həftənin əvvəlində toplanacağını və filmin bir həftə təxirə salınmasını istədiklərini bildiriblər.

Bütün bu müddət ərzində hər iki gündən bir zəng edərək sənədin hazır olub-olmayacağını soruşsaq da, sənədin vaxtında çatdırılacağı deyilmişdi, lakin filmin nümayişindən cəmi bir gün əvvəl bizə bu gecikmə barədə məlumat verildi.

Bu gecikməyə görə kinoteatr sahiblərindən anlayış gözləyirik. 19 fevralda keçirilən qala gecəsində, pis hava şəraitinə baxmayaraq, izdiham yaşandı. Bu həftə daha güclü tanıtım aparıb, gələn həftə daha böyük maraq yaradacağımıza inanırıq. 28 fevralda kinoteatrlarda nümayiş olunmağımız üçün dəstəyinizə ehtiyacımız var. Bu cür hallarda filmlərin tamaşaçılar tərəfindən daha böyük dəstək qazandığını bilirik. Daha çox kinoteatr və daha çox dəstək istəyirik.

Yaşanan çətinliyə görə üzgün olsaq da, bu vəziyyəti daha güclü bir nəticəyə çevirməyə inanırıq”.

Filmin mövzusu

Hakim partiyanın namizədi Hıdır Diri bütün rəqiblərini məğlub edərək nəhayət bələdiyyə başçısı seçilir. Lakin yeni başçını rent mübarizəsi (əmək sərf etmədən əldə olunan qazanc), sağ partiyaların bölgəyə uyğun olmayan tələbləri və vədlərlə aldadılmış xalqın etirazları gözləyir.

Film seçkilərdən bir neçə gün əvvəl həbsdən çıxan Şilan adlı gənc qadının avtostopla maşınına mindiyi bir rejissorun gözü ilə Türkiyədəki bələdiyyə idarəetməsini, iqtidar münasibətlərini, korrupsiyanı və bir xalqın necə “OYuna gəldiyini” Ovacıq kimi rəngarəng və fərqli bir bölgədə satirik dillə təsvir edir.

"Ermitaj" muzeyi təxliyə olundu "Xəzinə ovçuları"nın davamı çəkilir Halit Ergenç yeni serialda
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 Fevral 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri