Şrek 5 cizgi filminin nümayişi 2026cı ilin dekabr ayına qədər təxirə salındı
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"DreamWorks" studiyası məşhur yaşıl div haqqında cizgi film seriyasının davamı olan "Şrek 5"in təxirə salındığını elan edib. Əvvəlcə film 2026-cı ilin iyul ayında kinoteatrlarda nümayiş olunmalı idi, lakin indi animasiya filmi 2026-cı il dekabrın 23-də ekranlara çıxacaq.
Oxu.Az bu barədə "championat"a istinadən xəbər verir.
"Dreamworks" təxirə salınmanın səbəbini açıqlamayıb. Bu, studiyanın prioritetləri ilə bağlı ola bilər. "Şrek"in əvvəlki premyera tarixinə 2026-cı il iyulun 1-də nümayiş olunacaq "Minyonlar 3" təyin edilib.
Gələcək "Şrek"də əsas rolları Mayk Mayers ("Şrek"), Eddi Mörfi ("Eşşək") və Kemeron Dias ("Fiona") səsləndirəcəklər. Filmin süjet xətti gizli saxlanılır, lakin o, yəqin ki, "Əbədi Şrek" və seriyaların məşhur qəhrəmanı haqqında "spin-off" olan "Çəkməli Pişik 2"nin hekayəsini davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 11 Yanvar 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















