Icma.az
close
up
RU
“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən hazırlanmış “Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)” Nazirlər Kabinetinin 2026-cı il 7 oktyabr tarixli 327 nömrəli Qərarı ilə təsdiq edilib.

Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, texniki reqlament bir sıra qabaqcıl ölkələrin müvafiq sahədəki təcrübəsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hazırlanıb.

Sözügedən Texniki Reqlamentdə oyuncaqlara dair konstruksiya, material, kimyəvi, fiziki-mexaniki, elektrik və gigiyenik göstəricilər üzrə məcburi tələblərin tətbiqi, bazara buraxılmazdan əvvəl oyuncaqların akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən müvafiq sxemlər üzrə məcburi sertifikatlaşdırılması və uyğunluq nişanı ilə nişanlanması nəzərdə tutulub.

Texniki Reqlament istehlak bazarının təhlükəli oyuncaqlardan qorunmasına kömək etməklə yanaşı, istehlakçılarını çaşdıra biləcək hərəkətlər və haqsız rəqabət hallarının aradan qaldırılmasını təmin edəcək.

Qeyd edək ki, Texniki Reqlament 14 yaşınadək uşaqlar üçün nəzərdə tutulan oyuncaqları əhatə edir və dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir. Qüvvəyə mindikdən sonra Texniki Reqlamentin tələblərinə uyğun olmayan və ya həmin sənəddə nəzərdə tutulmuş üsulla uyğunluğu qiymətləndirilməmiş oyuncaqları istehsal etmək, satışa çıxarmaq, satmaq, idxal etmək və ya istifadə etmək qadağandır. Texniki Reqlament onun qüvvəyə minməsindən əvvəl idxal olunan, Azərbaycan Respublikasının ərazisində istehsal olunan və dövriyyəyə buraxılan, habelə istifadədə olan oyuncaqlara və ona əlavə edilmiş siyahıda oyuncaq sayılmayan məhsullara, fərdi sifarişlə hazırlanmış oyuncaqlara və sərgi nümunələrinə şamil edilmir.

Agentlik Texniki Reqlamentin yaxın gələcəkdə qüvvəyə minməsi ilə əlaqədar oyuncaqların istehsalı, idxalı və satışı ilə məşğul olan təsərrüfat subyektlərini öz fəaliyyətlərini bu Texniki Reqlamentin tələblərinə uyğunlaşdırmağa çağırır. Texniki Reqlamentin tətbiqi ilə bağlı hər hansı suallar yarandığı təqdirdə, təsərrüfat subyektləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəsmi internet səhifəsi (https://www.competition.gov.az) və ya elektron poçt ([email protected]) vasitəsilə müraciət edilə bilərlər.

Qeyd: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən 44 milli texniki reqlament layihəsi hazırlanıb. Bir müddət öncə “Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Oktyabr 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see346

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see333

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see319

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see312

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see289

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see276

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see271

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see254

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see240

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see235

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see234

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see228

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see220

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see217

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see213

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see213

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see209

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see206

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri