Oyuncaqların təhlükəsizliyinə dair yeni tələblər
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” Nazirlər Kabinetinin 2026-cı il 7 oktyabr tarixli qərarı ilə təsdiq edilib.
Bakıvaxtı.az xəbər verir ki, yeni sənəd uşaqların və onlara nəzarət edən şəxslərin həyat və sağlamlığının qorunması, eləcə də oyuncaqların təhlükəsizliyi ilə bağlı istehlakçıların yanlış məlumatlandırılmasının qarşısının alınması məqsədi daşıyır.
Texniki reqlament oyuncaqların konstruksiyasına, istehsalında istifadə olunan materiallara, kimyəvi, fiziki-mexaniki, elektrik və gigiyenik göstəricilərinə dair məcburi tələbləri müəyyən edir.
Sənəd oyuncaq musiqi alətləri və qurğuları, uşaq topları, uşaqlar üçün hovuzlar və digər məhsulları əhatə edir.
Reqlamentin tələblərinə uyğunluq sertifikatlaşdırma yolu ilə qiymətləndiriləcək. Sənəd dərc edildiyi gündən altı ay sonra qüvvəyə minəcək.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 26 Noyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















