“Oyunçularda həddən artıq arxayınlıq görmüşdüm” Adil Şükürov nəzarətə götürülən oyunu xatırladı
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bəzi həmkarlarımızın iddiasına inansaq, futbol üzrə ölkə çempionatının 1-ci liqasının 12-ci turunda keçirilən “Səbail” – “Şimal” oyunu (3:4) şübhəli nəticə baxımından “radara düşüb”. Belə ki, AFFA həmin oyunu nəzarətə götürüb və araşdırma aparılır. Hətta bununla bağlı UEFA-nın müvafiq instansiyalarına məlumat verilib.
Əvvəlcə onu bildirək ki, sözügedən oyunda 43-cü dəqiqədə hesabı “Səbail” açsa da, ikinci hissədə qonaqlar 4 qol (48, 54, 60 və 65-ci dəqiqələrdə) vurub. Bundan sonra “dənizçilər” daha iki dəfə fərqlənsə də, məğlubiyyətdən xilas ola bilməyib. Maraq üçün onu da qeyd edək ki, Xaçmaz təmsilçisi bu mövsüm qazandığı 5 xaldan 4-nü “Səbail”dən qoparıb. Axı komandaların ilk dueli də qolsuz “sülh”lə nəticələnmişdi.
Bu məsələylə bağlı fikirlərini öyrənmək üçün “dənizçilər”in baş məşqçisi Adil Şükürovla əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:
“Yayılan xəbəri oxumuşam. Klub rəhbərliyi ilə hər gün görüşürük. Bu oyunla bağlı mənə nəsə deyilməyib. Biz hər oyunu diqqətlə izləyir, başverənləri təhlil edirik. Bu qarşılaşmada oyunçularda həddən artıq arxayınlıq görmüşdüm. Həm də yorğunluq hiss olunurdu. Sanki rəqibi asanlıqla məğlub edəcəklərini düşünürdülər. Bəzən belə hallar baş verir və kollektivə baha başa gəlir. Düşünürəm ki, bu da həmin hadisələrdən biri idi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 09 Yanvar 2026 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















