Icma.az
close
up
RU
Menu

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Qarındakı piyləri əritməyin sirri açıldı

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

U 17 millisi Gəncədə

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

“Oyunçularımızın çoxu oruc tutur”

“Oyunçularımızın çoxu oruc tutur”

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Belarusla oyundan öncə mətbuat konfransında iştirak edib.

Milli.Az xəbər verir ki, portuqal mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Səbuhi Abdullazadənin mətbuat konfransına gətirilməsi onu göstərir ki, sabah start heyətində yer alacaq? Ümumiyyətlə, hansı dəyişikliklər olacaq?

- Elvin Cəfərquliyevdən savayı bütün oyunçular sabah şans qazana bilərlər. Səbuhi də onlardan biridir, oynamaq ehtimalı var. Dəyişikliklər olacaq. Bəzi oyunçular dincələcək. Ardıcıl iki oyun oynamaq asan deyil. Oyunçuların çoxu oruc tutur. Buna da hörmətlə yanaşırıq. Həmin vəziyyəti nəzərə alaraq dəyişikliklər olacaq. Meydanda daha istəkli olmalıyıq. Müdafiədə daha inamlı çıxış etməliyik. Buraxdığımız qolların çoxu sadə epizodlardır. Haiti ilə görüşdə təhlükəli epizodlar yaratdıq. Ancaq hücumların sonu olmadı. Sabah qol vurmaq istəyirik. Futbolda belə hallar olur, epizodlar yaradırsan, qol vura bilmirsən... Digər matçlarda isə bəhrəsini görürsən. Müdafiədə daha diqqətli olmalıyıq. Belə davam etməklə yuxarı səviyyədə rəqabət apara bilmərik. Hücumda isə qol epizodlarımız var.

- Qələbəniz yoxdur, amma baş məşqçi postundasınız. Qalibiyyət üçün nə qədər gözləməliyik?

- Hər oyunda qalib gəlmək üçün imkanlarımız olur. Qələbəyə hamılıqla inanmalıyıq. Ümid edirəm ki, ilk qələbə sabahkı matçda yaşanacaq. Daha inamlı müdafiə olunmalıyıq. Hücumda yaradılan qol epizodlarından da istifadə etmək lazımdır. Bunları etsək, qələbə gələcək.

- Haiti millisi ilə oyundan sonra bildirmişdiniz ki, müdafiədə oynamalıyıq. Hansısa dəyişiklər düşünmüsünüz?

- Hələ son qərar verilməyib. Bu gün son məşqimiz olacaq.

- Haiti ilə görüşdən sonra demişdiniz ki, komanda meydana məğlub olmaq üçün çıxmışdı. Emosiyalara qapılaraq demişdiniz, yoxsa necə?

- Mən belə deməmişəm. Fikrim o idi ki, meydana giririk və dərhal məğlub olmağa başlayırıq. Sonra bildirdim ki, komanda birinci hissədə qol epizodları yaratdı, sadəcə onları konkretləşdirə bilmədik. İkinci hissədə dəyişiklik etmək istədik. Amma ikinci qoldan sonra komanda təslim olmuşdu. Oyunçular hər zaman istəkli olmalıdırlar ki, qalib gəlsinlər. Futbolçularımızda belə düşüncə var ki, qol buraxan kimi həvəsdən düşürlər.

- Sabah qapıda Rza Cəfərova şans verəcəksiniz? Şahruddin Məhəmmədəliyevin son oyundakı performansı aşağı görünürdü...

- Kimlərin oynayacağını deyə bilməyəcəyəm. Analizlər edirsiniz, bunlar fərdi analizlərdir. Bu oyunçu yaxşı oynadı, pis oynadı, fərdi təhlildir. Heç vaxt komanda adından danışmırsınız. Udanda birlikdə uduruq, uduzanda da birlikdə uduzuruq. Mental olaraq dəyişməliyik.

- DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblər bəllidir. Bu qrupda sizin futbol fəlsəfənizi görəcəyik?

- Bu haqda şərh verməyəcəyəm. Həmin oyunlar iki-üç aydan sonra başlayacaq.

- Daim mental məsələlərdən şikayətlənirsiniz. Demək ki, mental məsələləri düzəldə bilmirsiniz. Bəs axırı necə olacaq?

- Cəmi 6 oyundur ki, buradayam. Ümid edirəm ki, tez bir zamanda bu problem aradan qalxacaq. Daim oyunçularla danışıram. Hər dəfə oyunçulara mesaj ötürməyə çalışıram. Fərdi də danışıram, kollektiv şəkildə də. Oyunçunun özündən də çox şey asılıdır. Onlar da bunu dərindən dərk etməli və baryeri keçməlidirlər. Bu problemi birlikdə çözməliyik. Bu işdə siz jurnalistlər, azarkeşlər də çox vacibsiz. Nə qədər bir olacağıqsa, eyni istiqamətdə addımlayacağıqsa, bir o qədər asan olacaq. Futbolda çox təcrübəm var. Futbolçu rəhbərlik, məşqçi, jurnalist, azarkeş tərəfdən dəstək görməlidir. Dəstək olmayanda futbolçu qorxaraq addımlayır. Səhv etmək insana xas olan məsələdir. Hər dəfə səhv edəndə "öldürmək" olmaz, dəstəkləmək lazımdır. Həyatda səhv etməyən biri var? Mən də səhv etmişəm. Ən önəmlisi odur ki, dəstək olaq. Onda futbolçunun özünəinamı da olur, təkcə tənqid etmək lazım deyil. Hər birimiz belə olmağa, yaxşı getməyəndə də oyunçuları dəstəkləməyə çağırıram. Övladını ancaq yaxşı edəndə tərifləmək düzgün deyil. Onlar düzgün etməyəndə də dəstəkləmək lazımdır. Milli komanda bu deməkdir.

- Azərbaycan millisi kollektiv şəkildə yaxşı mübarizə apara bilir?

- Azərbaycan millisi kollektiv şəkildə yaxşı çıxış etmir. Komanda şəklində müdafiədə çox zəif çıxış edirlər. Müdafiə cəhətdən komanda kimi zəifik. Amma burada sadəcə müdafiədə oynayanları, ya da qapıçını demirəm. Kimsə yuxarı səviyyədə olmaq istəyirsə, belə qollar buraxmaq olmaz. Hazırda millimizin ən böyük problemi kollektiv şəkildə müdafiə oluna bilməməkdir. Aqressivlik də çatışmır. Komanda şəklində hamımız arxada otura bilərik. Amma istək və aqressivlik olmayanda... Bura gəldiyim gündən eyni şeyləri təkrar edirəm. Qapımızda çox asan qollar buraxırıq. Yalnız qapıya zərbələri, hücumları bitirmələri çalışdıq. Bir məşq ona həsr etdik. Ondan qabaq müdafiədən çıxışı məşq etdik. Qapısında çox qol buraxan komanda az hallarda qalib gələ bilər. / "Qafqazinfo"

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 Mart 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see266

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see259

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see257

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see247

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see242

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see242

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see231

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see221

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see219

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see216

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see216

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see215

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see212

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see208

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see206

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see204

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see204

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see203

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see193

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri