Icma.az
close
up
RU
Sizi inandırım ki, istedadlı oyunçularımızın sayı Gürcüstan və Ermənistandakından daha çoxdu

Sizi inandırım ki, istedadlı oyunçularımızın sayı Gürcüstan və Ermənistandakından daha çoxdu

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

"Zirə" Misli premyer-liqasının 34-cü tur matçında "Səbail"in meydanından qələbəylə ayrıldı - 1:0.

"Football-plus.az" xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfrasında jurnalistlərin suallarını cavabladı.
- "Səbail" premyer-liqadan düşdüyü üçün məyusam. Qış fasiləsindən sonra çox yaxşı, əzmkar "Səbail" gördük. Bu matçda daxil olmaqla xeyli qol fürsətlərini qaçırdılar. Məncə, premyer-liqadan düşmələrinin əsas səbəbi bu oldu. Ümid edirəm ki, ruhdan düşməzlər. "Qəbələ" kimi böyük peşəkarlıq göstərib qayıdacaqlar. Neçə ildi futbolumuza rəng qatırdılar. Futbolçularımı təbrik edirəm. Matça köklənmək çətin idi. Ötən həftə hədəfə çatmışıq. Futbolçularla danışmışıq. Onlar peşəkarlıq göstərdilər. Əsas məqsəd avrokuboklara hazırlaşmaqdı. Qarşıdakı oyunlar bu prosesin ilk hissəsi olacaq. Qapımızın önündə təhlükəli epizodlar qeydə alındı. Top itkiləriylə üzləşdik. Futbolçular intizamlı idi.
- İndiyə qədər 70 xal yığmısız. Uğurlu nəticənin düsturunu tapmısız?
- Bizim üçün xalların sayı yox, mövsümü hansı pillədə bitirmək vacibdi. Bəli, ötən mövsümlə müqayisədə bu dəfə daha yaxşı çıxış etdik.
- "Zirə" indi daha rənganərəng oynayır. Buna illər ərzində nail olduz, yoxsa bu mövsüm heyət əlverişli idi?
- Bəzi təhlillərlə razı deyiləm. Bizdə şərhlər nəticələrə uyğun verilir. "Zirə"dəki ilk ilimdə mövsümü 4-cü pillədə bitirdik. Həmin vaxt hakim səhvləri çox oldu. Hətta kuboku qazana da bilərdik. Hər ilin özünə görə yeri var. Məncə, ən uğursuz mövsümü 5-ci yer tutduğumuz vaxt yaşadıq. Həmin vaxt da 4-cü sırad aolan komandayla eyni sayda xal yığmışdıq. Bu mövsüm nadir hallarda hakim səhvləri qeydə alındı. İndiyə qədər iki dəfə kubokun finalına vəsiqə qazanmışıq. Qalib gəlmək üçün şanslarımız da olub. Bu gün hansısa futbolçular qabardılır. Yaxşı olardı ki, həmin oyunçuların "Zirə"yə gəlməzdən əvvəl hansı durumda olduğundan da bəhs edilsin. Növbəti mövsümdən legioner limiti olmayacaq. Rəqiblər bundan səmərəli istifadə etməyə çalışacaq. Azarkeşlər yanımızdadı. Həmişə hər nəticəyə hazır olmalıyıq.
- Növbəti mövsümdən premyer-liqada çıxış edəcək "Karvan" və "İmişli"nin ev oyunlarını süni örtüklü meydançada keçirəcəyi gözlənilir...
- Gündəmdə olan mövzudur. Bu gün bəzi komandalar iddialı transferlər edir. Amma həmin futbolçunun yaxşı performans sərgiləməsi üçün təbii ot örtüyünə ehtiyacı var. Süni örtüklü meydançaların sayı azalmalıdı. Oyunçu bir dəfə zədələndikdən sonra daha ehtiyatlı davranır. Bütün gücünü qoymaqdan çəkinir. Həm əsas, həm də aşağı yaş qrupları üzrə komandalar süni örtükdən xilas olmalıdı. Bu futbolumuzun inkişafına mane olur. İnanıram ki, yaxın illərdə bundan qurtulacağıq. Bildiyimə görə, AFFA bu yöndə işlər görür.
- Bu mövsüm hansı çatışmazlıqlarla üzləşdiz?
- Həmişə problemləri təhlil edirik. Avrokuboklarda 2-3 uğurlu çıxışdan sonra komandada eniş yaşandı. Futbolçular mübarizə aparsa da, psixoloji baxımdan hazır deyildilər. Həmçinin, əvvəlki illərdə qış fasiləsindən sonra komandada eniş olurdu. Bu dəfə bəzi tədbirlər gördük - təhlillərin, məşqlərin sayını artırdıq. Məncə, həlledici məqam 3-cü dövrəni uğurlu keçirməyimiz oldu.
- Tyaqo Silvanın durumu necədi? Aydın Bayramovun daha çox şans qazanması onun psixoloji durumuna necə təsir edir?
- Tyaqonun psixoloji durumunda eniş var. Ona həmişə "1 nömrəli" qapıçımız olduğunu demişəm. O, bizim üçün dəyərlidi. Bəzən elə vəziyyətlər yaranır ki, istəmədən qərar verməli olursan. Ancaq Aydını da qazandıq. Bu mövsüm çox uğurlu oyunlar keçirib. Növbəti mövsümdə sağlam rəqabət olacaq. Bizim üçün əvəzolunmaz futbolçu yoxdu. Futbolçularımız bunu anlayışla qarşılayır. Ailəyik.
- Çempionlar Liqasının yarımfinal matçlarından sonra bu deyim zarafat çevrilib: finalda gürcü, rus, erməni və iranlı oynayacaq, amma biz yoxuq. Nə vaxtsa bir azərbaycanlını finalda görməyə ömrümüz yetəcək?
- İşlər qaydasında getsə, yetəcək. Bu günkü mənzərə buraxdığımız müəyyən səhvlərin nəticəsidi. Vaxt olub ki, hamıyla başabaş mübarizə aparmışıq. İndi onlar Çempionlar Liqasının finalında oynayır, biz Azərbaycandan kənara çıxa bilmirik. Kim "bizdə futbolçu yoxdu" deyirsə, Azərbaycan futbolunun düşmənidi. Bizdə həmişə futbolçu olub. Sadəcə, onları inkişaf etdirmək lazımdı. Qollarımızı çırmalasaq, hamı öz işiylə düzgün məşğul olsa, yaxın illərdə bizim futbolçularımız da Avropada çıxış edəcək. İşə aşağı yaş qruplarından başlamalıyıq. Azərbaycan futbolunda Xəyal Əliyev, Toral Bayramov, Musa Qurbanlı, Nəriman Axundzadə yetişdi. Sizi inandırım ki, istedadlı oyunçularımızın sayı Gürcüstan və Ermənistandakından daha çoxdu.
- Düzgün inkişafın yolu nədi?
- Uzun məsələdi... Məşqçilərə yaradılan şəraitdən, uşaqlardan çox şey asılıdı. AFFA rəhbərliyi bu yöndə planlar qurur. Yaxın günlərdə işlərin icrasına başlanacaq. İnanıram ki, 6-7 il sonra bunun bəhrəsini görəcəyik. Heyif bizim istedadlı oyunçularımızdan! Son 10 ildə bəlkə 50 istedadlı oyunçu olub ki, Avropada oynamağa layiq idilər. Amma bəzi işlər doğru görülmədi...
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 May 2025 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see158

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see154

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see125

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri