Sosialyönümlü siyasətdə növbəti islahatlar! TƏHLİL
Icma.az, Ses qazeti saytına istinadən bildirir.
Prezident İlham Əliyev: "Müstəqil Azərbaycanın siyasəti insan amilinə hesablanıbdır"
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prioritet sahələrin inkişafının təmin edilməsinə hesablanan islahatlar qlobal miqyasda meydana çıxan yeni çağırışları, cəmiyyətin sosial sifarişlərini əhatə edir. Ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını yüksək səviyyədə təmin edib və bu, davam etdirilməkdədir. Uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələri möhkəmlənib və iqtisadiyyat dinamik inkişaf edib. Prezident İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan tarixi nailiyyətlər qazanıb, dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların rifahı yaxşılaşıb. Prezident İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan tarixi nailiyyətlər qazanıb, dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların rifahı yaxşılaşıb.
Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin mərkəzində ölkə vətəndaşı, onun rifahının təminatı prinsipi dayanır və bunun nəticəsi olaraq ötən 23 ildə ölkəmiz güclü sosial siyasətə malik dövlət olaraq böyük inkişaf yolu keçib. Azərbaycan vətəndaşının maraqlarının, həyat səviyyəsinin keyfiyyətinin yüksədilməsi əsas hədəflərdən biri olaraq qarşıya qoyulmuşdur. Dövlətimizin başçısının ölkəyə rəhbərliyi dövründə hər bir azərbaycanlının Prezidenti olmağı bacardı. Həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir. Həyata keçirilən müxtəlif tədbirlər, islahatlar və maliyyə təminatının gücləndirilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təkan verir.
6-CI SOSİAL İSLAHAT PAKETİ - CİDDİ MALİYYƏ TƏMİNATI
Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq. Dövlət və icmal büdcələri gələn il də sosialyönümlü olacaq, əhalinin sosial müdafiəsi və məşğulluq imkanlarının daha da gücləndirilməsi üçün ciddi maliyyə təminatı yaradacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində vətəndaş rifahının təminatı sahəsində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilir. Dövlətimizin başçısı tərəfindən verilmiş tapşırığa uyğun olaraq, sayca 6-cı sosial islahat paketi ilə bağlı 2027-ci ilin dövlət və icmal büdcəsində müvafiq maliyyə təminatı yaradılıb. 2027-ci ilin dövlət büdcəsində sosial xərclərin 222,7 milyon manat və ya 1,7 faiz çox olmaqla 13 milyard manat, sosialyönümlü xərclərin 1,6 milyard manat və ya 9,2 faiz çox olmaqla 18,7 milyard manat nəzərdə tutulub. Sosialyönümlü xərclərin növbəti ilin dövlət büdcəsindəki çəkisinin cari illə müqayisədə 3,1 faiz artaraq 44,2 faiz, ÜDM-də payının isə 1 faizə yaxın artaraq 13,3 faiz təşkil edəcəyi proqnoz edilir. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2027-ci il üçün gəlirlərinin 2026-cı il üzrə təsdiq olunmuş gəlirlərdən 897,4 milyon manat və ya 10,8 faiz çox olmaqla 9 milyard 221 milyon manat, 2027-ci il üzrə xərclərinin isə 2026-cı il üzrə təsdiq olunmuş xərclərindən 789,5 milyon manat və ya 9,3 faiz çox olmaqla 9 milyard 273 milyon manat olması proqnozlaşdırılir. Gələn il üzrə xərclərin 96,5 faizinin və ya 8 milyard 950 milyon manatının əhaliyə ödənişlərin payına düşəcək. Bu göstərici 2025-ci illə müqayisədə 1,7 milyard manat, 2026-cı illə müqayisədə isə 753,6 milyon manat çoxdur. Hazırkı proqnoz göstəricilərinə əsasən 2027-ci ildə pensiyaların təqribən 7,5 faiz səviyyəsində indeksləşdirilməsi, bu məqsədlə 575,5 milyon manat vəsaitin ayrılması proqnoz edilir.
2027-ci ildə işsizlikdən sığorta fondunun gəlirlərinin 2026-cı ilin təsdiqlənmiş göstəricisindən 30,6 milyon manat və ya 12,8 faiz çox olmaqla 268,9 milyon manat, fondun xərclərinin isə cari ilin təsdiqlənmiş göstəricisindən 52,8 milyon manat və ya 19,8 faiz çox olmaqla 319,2 milyon manat həcmində olmasının proqnoz edilir.
SOSİAL ƏDALƏT VƏ HUMANİZM PRİNSİPLƏRİ
Həyata keçirilən müxtəlif tədbirlər, islahatlar və maliyyə təminatının gücləndirilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təkan verir.
"Biz əlbəttə ki, yoxsulluqla bağlı və işsizliklə bağlı öz fəaliyyətimizi davam etdirməliyik. Yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizliklə bağlı daim işlər aparılmalıdır ki, işsizlik aşağı səviyyədə olsun" – deyən Prezident bildirib ki, müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün: "Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq. Bunun üçün əlbəttə ki, daxili resurslar kifayət deyil. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir".
Bütün sahələrdə olduğu kimi, sosial sahədə də sistemli və kompleks islahatların həyata keçirilməsi təmin edilib. Həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir.
Zümrüd BAYRAMOVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 23 Noyabr 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















