Oyunun gedişatını nəzərə alsaq, 2 xal itirdik Baku Sportinq in baş məşqçisi
Icma.az bildirir, Fanat portalına istinadən.
1-ci Liqanın ilk turunda "Difai"ni qəbul edən "Baku Sportinq" rəqibi ilə 2:2 hesablı heç-heçəyə razılaşdı. Ev oyunlarını Buzovnada keçirən komandanın məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Oyuna pis başlamadıq. Hesabı açan tərəf də biz olduq. Hesabı açandan sonra da üstünlüyümüz davam edirdi. Sadəcə şanssız bir qol buraxdıq. Rəqib zərbə vurarkən oyunçumuza dəyən top qapıdan keçdi. Buna rəğmən, oyun üstünlüyümüzü davam etdirdik və ikinci qolu vurduq. Amma qələbə hesabını qoruya bilmədik. 82-ci dəqiqədən sonra iki yüzfaizli qol imkanını qaçırdıq. Əlbəttə, biz də istəyirdik ki, azarkeşlərimiz önündə çıxdığımız ilk matçdan qələbə ilə ayrılaq. Təəssüf ki, qismət olmadı. Ancaq 1 xal qazandıq ki, bu da pis nəticə deyil. Təbii ki, oyunun gedişatını nəzərə alsaq, 2 xal itirdik. Uşaqlardan tam razıyam. Əllərindən gələni etdilər. Xal itkisində şanssızlıq əsas rol oynadı".
Qeyd edək ki, "Baku Sportinq" növbəti oyununu Şamaxıda "Şahdağ Qusar"a qarşı keçirəcək.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 15 Sentyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















