Icma.az
close
up
RU
Öz ana dilinə hörmət ailədən başlayır, məktəbdə möhkəmlənir, mediada və ictimai mühitdə təsdiqlənir

Öz ana dilinə hörmət ailədən başlayır, məktəbdə möhkəmlənir, mediada və ictimai mühitdə təsdiqlənir

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Dil yalnız ünsiyyət vasitəsi deyil, xalqın tarixi yaddaşı, düşüncə tərzi və milli varlığının təməlidir və jər bir millətin taleyi onun dili ilə birbaşa bağlıdır. Bu baxımdan, Azərbaycan dili də istisna deyil. Qloballaşmanın, informasiya texnologiyalarının və rəqəmsal platformaların sürətlə yayılması fonunda dilimiz, artıq uzun müddətdir ki, ciddi təzyiqlərlə üz-üzədir. Xüsusilə ingilis və rus mənşəli sözlərin ölçüsüz və nəzarətsiz şəkildə gündəlik danışığa, mediaya, sosial şəbəkələrə, hətta rəsmi yazışmalara daxil olması Azərbaycan dilinin saflığını və sistemli inkişafını sarsıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli qeyd edib ki, bu gün sosial şəbəkələrdə, reklam lövhələrində, televiziya proqramlarında və internet resurslarında ana dilində qarşılığı olduğu halda yad sözlərdən istifadənin adi hala çevrildiyini görürük: “Acı reallıq budur ki, “content”, “trend”, “manager” və Türkiyə seriallarından, həmçinin sosial şəbəkə məzmunlarından dilimizə pərçimlənən qondarma, türk dilinin ana qanunlarına zidd olan sözlər artıq bir çoxları üçün normal sayılır. Halbuki bu, təkcə leksik məsələ deyil, düşüncə tərzinin, dilə münasibətin dəyişməsi deməkdir. Dilə biganəlik isə zamanla milli kimliyə biganəliyə çevrilir. Xarici sözlərin dilə daxil olması bəzən təbii hall kimi təqdim edilsə də, burada əsas problem onların ölçüsüzlüyü və sistemsizliyidir. Dil öz daxili qanunauyğunluqları ilə inkişaf etmədikdə, o, zəifləyir və asılı vəziyyətə düşür”.

Elçin Mirzəbəyli

Elçin Mirzəbəyli bildirib ki, Azərbaycan dilinin qorunması yalnız filoloqların, müəllimlərin və ya dilçi alimlərin işi deyil: “Bu, hər bir vətəndaşın mənəvi məsuliyyətidir. Dövlət bu məsələdə aparıcı rol oynasa da, cəmiyyətin iştirakı olmadan önəmli nəticə əldə etmək mümkün deyil. Dilə hörmət ailədən başlayır, məktəbdə möhkəmlənir, mediada və ictimai mühitdə təsdiqlənir. Əgər valideyn övladı ilə yad dildə və ya yarımçıq, qarışıq dildə danışırsa, məktəbdə müəllim dil qaydalarına laqeyd yanaşırsa, televiziya aparıcısı efirdə dili korlayırsa, burada yalnız qanunlarla problemi həll etmək mümkün deyil”.

Deputat qeyd edib ki, dil milləti birləşdirən əsas sütunlardan biridir və dövlətçiliyin fundamental atributudur: “Tarix sübut edir ki, dilini itirən xalqlar zamanla siyasi iradəsini, mədəni müstəqilliyini və milli yaddaşını da itirir. Azərbaycan dili bu mənada bizim dövlətçiliyimizin ideoloji dayağıdır. Ulu Öndər Heydər Əliyevin ana dilinə verdiyi strateji əhəmiyyət, Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunması təsadüfi deyildi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Dövlət dil siyasəti sahəsində mühüm qərarlar qəbul olunur, dilin tətbiqi və qorunması ilə bağlı institusional mexanizmlər yaradır. Lakin problem ondadır ki, hüquqi baza ilə real ictimai davranış arasındakı fərq dəyişmir”.

Bəs biz Azərbaycan dilini yetərincə qoruya bilirikmi?

Elçin Mirzəbəyli bildirib ki, bu suala birmənalı “bəli” demək çətindir. Rəsmi sənədlərdə, dövlət strukturlarında və təhsil sistemində müəyyən irəliləyişlər olsa da, gündəlik həyatın, xüsusən də rəqəmsal mühitin dilinə nəzarət zəifdir.

“Sosial şəbəkələrdə dilin normadan kənarlaşdırılması, jarqonlaşma, süni müasirlik naminə dilin deformasiyası geniş yayılıb. Bu, tədricən normal qəbul edilir və təhlükəli vərdişə çevrilir. Ən narahatedici məqam isə odur ki, bu prosesə bəzən “müasirlik”, “qlobal inteqrasiya” adı altında haqq qazandırılır. Bu, kökündən yanlış yanaşmadır. Əslində isə dilini qoruyan xalq dünyaya qapanmır, əksinə, öz kimliyini itirmədən dünyaya açılır. İnkişaf ana dilindən imtina hesabına baş vermir. Azərbaycan dili elmi, texnoloji və mədəni terminologiyanı öz daxili imkanları ilə mənimsəyə, qarşılığını yarada biləcək gücə malikdir. Bunun üçün milli iradə, sistemli yanaşma və ictimai nəzarət lazımdır”-deyən deputat hesab edir ki, Azərbaycan dilinin qorunması və inkişafı məsələsində ən ciddi boşluqlardan biri də müasir dövrün tələblərinə cavab verən onlayn lüğətlərin, mobil tətbiqlərin və açıq rəqəmsal dil platformalarının demək olar ki, yox səviyyəsində olmasıdır.

Elçin Mirzəbəyli qeyd edib ki, bu gün gənclərin, tələbələrin, jurnalistlərin, müəllimlərin və ümumilikdə cəmiyyətin əsas informasiya mənbəyi internetdir: “Əgər dil internetdə yoxdursa və ya zəif təmsil olunursa, o dil real həyatda da tədricən zəifləyir. Azərbaycan dili isə rəqəmsal məkanda sistemli və institusional şəkildə təmsil olunmur”.

“Azərbaycan dilinin izahlı lüğətləri, terminoloji lüğətlər, sinonimlər və frazeoloji lüğətlər əsasən çap formatında qalıb və geniş ictimaiyyət üçün əlçatan deyil. Onların böyük bir qismi ya ümumiyyətlə rəqəmsallaşdırılmayıb, ya da yalnız dar akademik mühit üçün nəzərdə tutulmuş qapalı resurslardır. Halbuki bu lüğətlər açıq, rahat istifadəli, mobil telefonlara uyğun tətbiqlər və veb-platformalar şəklində hər kəsin ixtiyarında olmalıdır. İnsan ana dilində bir sözün düzgün yazılışını, mənasını, üslubi çalarını və ya qarşılığını tapmaq üçün xarici dillərdəki resurslara müraciət etməyə məcbur qalırsa, bu artıq çox ciddi problemidir”-deyən deputat bildirib ki, bu boşluq təbii olaraq xarici dillərin təsirini gücləndirir.

Elçin Mirzəbəyli qeyd edib ki, ingilis və rus dillərində yüzlərlə keyfiyyətli onlayn lüğət, dil tətbiqi, yoxlama və izah sistemləri mövcuddur: “Azərbaycan dilində isə imla yoxlayan proqramlar, üslub redaktorları, terminoloji bazalar ya ümumiyyətlə yoxdur, ya da çox məhdud imkanlara malikdir. Nəticədə insanlar yazarkən və danışarkən rahat yolu seçir, yad sözlərdən istifadə edir, ana dilində qarşılığını axtarmağa ehtiyac duymur. Bu isə dilin tədricən funksional imkanlarını daraldır. Məsələnin ən təhlükəli tərəfi odur ki, bu vəziyyət gənc nəslin dil şüuruna birbaşa təsir edir. Həyatının özünütəsdiq mərhələsində olan gənc üçün dil praktik fayda verməlidir. Əgər o, ana dilində rahat axtarış edə, öyrənə, yaza və yarada bilmirsə, alternativ dillərə üz tutacaq. Burada məsuliyyət təkcə istifadəçilərin üzərində deyil. Dövlət qurumları, institutlar, ali məktəblər və texnologiya sektoru arasında koordinasiya çatışmazlığı açıq şəkildə hiss olunur. Dil siyasətinin rəqəmsal icra mexanizmi zəifdir”.

“Azərbaycan dilinin izahlı lüğətlərinin, terminoloji bazalarının və normativ mənbələrinin vahid, açıq və müasir onlayn platformada birləşdirilməsi artıq zərurətə çevrilib. Bu, sadəcə mədəni layihə deyil, strateji investisiyadır. Dilin internetdə mövcudluğu onun yaşaması deməkdir. Əks halda, Azərbaycan dili gündəlik danışıq səviyyəsində qalacaq, elmi, texnoloji və rəqəmsal mühitdə isə ikinci plana sıxışdırılacaq. Bu baxımdan, Azərbaycan dilinin qorunması yalnız “yad sözlərdən istifadə etməyin” çağırışı ilə məhdudlaşmamalıdır. İnsanlara alternativ təqdim edilməlidir. Ana dilində rahat, funksional, etibarlı və əlçatan lüğətlər, tətbiqlər və rəqəmsal alətlər yaradılmadan dilin qorunmasından danışmaq səmimi olmaz. Dil yaşamalıdırsa, o, zamanın içində və texnologiyanın mərkəzində olmalıdır”-deyən deputat vurğulayıb ki, Azərbaycan dilinin qorunması milli təhlükəsizlik məsələsidir, Azərbaycan dili bizim milli kimliyimizdir və bu baxımdan onu qorumaq da seçim deyil, tarixi və mənəvi borcdur.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 Yanvar 2026 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri