Icma.az
close
up
RU
Öz maraqlarını qoruyan adam

Öz maraqlarını qoruyan adam

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Özünü “demokratiya fədaisi”, “demokratiya qoruqçusu” kimi təqdim edən, əslində, bu siyasi-sosioloji terminlərdən şəxsi ambisiyalarını həyata keçirmək üçün istifadə edən Əli Kərimlinin fəaliyyəti nə xalqa, nə ölkəyə, nə də milli maraqlara xidmət edib. 

Əsas amalı siyasi maraqlarını reallaşdırmaq üçün insanların demokratik dəyərlərə olan bağlılığını manipulyasiya etmək olub. Bəsit siyasi oyunlarla, intriqalarla, xarici dairələrin sifarişlərini icra etməklə hər zaman öz şəxsi mənfətini əsas tutub. İllərdir ki, hər kəsi və ölkə siyasətindəki bütün qüvvələri inkar edərək, özünü aparıcı sima, təşkilatını isə müxalifətin əsas siyasi qüvvəsi kimi cəmiyyətə və dünyaya göstərməyə çalışır. 

Lakin təhlil və analizlər, eləcə də statistika bunun əksini göstərir. Onun fəaliyyətinin konkret hansı uğurla nəticələnməsi bir yana, heç o istiqamətdə kiçik bir cəhd də yoxdur. Çünki ali məqsədi xalq, onun istəkləri, yaxud ətrafında minbir vəd və yalanla topladığı insanların rifahı, dövlətin uğurları, milli maraqlar deyil, öz mövqeyini qorumaq, güclənidirmək və özünü sübut etməkdir. 

Kiçiklik sindromundan azad olmayan siyasətçi

Təbii ki, bu sübut etmək cəhdi inamsızlığını, gücsüzlüyünü və ən əsası da potensialını bilməkdən irəli gəlir. Böyüklərin özünü sübuta ehtiyacı olmur. Bu, kiçiklərə məxsus jestlərdir. O jestlər ki, özündə qəzəbi, əsəbiliyi və düşmənçiliyi ehtiva edir. 30 il siyasətdə olub, dövlət vəzifəsi tutub, parlamentdə təmsil olunmağı bacarsa da, vaxti ilə ölkənin ən böyük təşkilatı olmuş bir siyasi quruma rəhbərlik etməyi müxtəlif çapdırıcı üsullarla əldə edə bilsə də, kiçiklik sindromundan azad olmayan bu siyasətçi hələ də özünü cəmiyyətə böyük göstərmək istəyir. 

Böyük görünmək üçün bu qədər çaba göstərmək əvəzinə, sadəcə, fəaliyyətində dəyişikliklər edib, xalqın maraqlarına uyğun siyasəti özünün ana xətti hesab etsəydi, uğurlu olardı. Lakin siyasətə gəldiyi gündən onu öz qılafına bürümüş kiçiklik sindromu buna imkan vermir. Ona görə də 30 ildir ancaq özünü birinci göstərməyə cəhd edir, təəssüf ki, bu da alınmır və bu isə onda siyasi aqressiyanı artırır. Aqressiya artdıqca, siyasi avantüra böyüyür, bölünür, çoxalır və maraqlar ancaq şəxsi mənfəətə hesablanır. Əli Kərimli siyasətinin qısa xarakteristikası belədir. Onun radikallığı da, küçə siyasətinin də arxasında məhz, həmin aqressiya dayanır. 

Aqressiyasını insanların hesabına realizə etməyə çalışır. Lakin özü ön sırada olmur və heç zaman olmayacaq da. Onun nəzərində çağırışına qoşulanlar sanki ona borcludur və vətəndaşlardan siyasi maraqları üçün istifadə etmək onun siyasi əyləncəsinə çevrilib. Sosial bazanı itirmək və insanların onun dəstəkləməməsinə təsir edən bir sıra amillər var. Onlardan biri də onun haqqında cəmiyyətdə dəyişməyəcək, xaricdən idarə olunan “müxalifətçilik” imicidir. Əli Kərimli haqqında bu imicin formalaşması nə kiminsə şişirtməsi, nə də ona qarşı irəli sürülən iddiadır. Onun hansı mərkəzlərə bağlı olduğu cəmiyyət üçün sirr deyil. Müxtəlif anti-Azərbaycan fondlarla bağlılıq, xarici dövlətlərdə olan siyasi dairələrlə qaranlıq əlaqələr, Azərbaycana qarşı yönəlmiş kampaniyalarda şəxsən olmasa da, tərəfdarlarının iştirakı bunu təsdiqləyir. 

2020-ci ildə Azərbaycan tarixi bir zəfər qazandığı 44 günlük Vətən müharibəsi zamanı xalq bu deyilənlərin bir daha şahidi oldu. Xalq, ordu, siyasi qüvvələr və Prezident arasında olan birlik, yumruq kimi birləşmədən kənarda qalan Əli Kərimli bir daha təlimatsız hərəkət edə bilmədiyini təsdiqlədi. 

Xalq Əli Kərimlini boykot edib

Onun tərəfdarlarının müharibə getdiyi bir dönəmdə yaydığı dezinformasiyalar, xalqın ruhunu sarsıtmaq cəhdləri unudulmayıb. Bu təlimatlar da məhz həmin xarici qüvvələrdən gələn təlimatlar əsasında həyata keçirilirdi. Xalqını düşünən, onun uğurları və problemləri ilə yaşayan siyasətçi xarici qüvvələrin əində alətə çevrilmir. Bu tarixdən də, günümzdən də məlum və isbata ehtiyacı olmayan aksiomadır. Müxalifətçilik dağıdıcılıq yox, konstruktiv və quruculuq meyarları əsasında həyata keçirilən bir missiyasdır. Təxribat və populizm isə şou siyasətçilikdir ki, Azərbaycan xalqı bu siyasəti qəbul etmir. 

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Əli Kərimlinin simasında siyasi partiya statusunu itirib və marginal bir qrupun şəxsi maraqlarına xidmət edən təşkilata çevrilib. Avtoritar idarəetmə, bir şəxsdən asılılıq, fərqli fikrin qəbul edilməməsi bu təşkilatı gündən-günə kiçilən bir dərnək səviyyəsinə gətirib. Bugünkü real mənzərə belədir və yaxın zamanlarda, daha doğrusu Kərimlinin olduğu müddətdə bu təşkilatın real mənzərəsinin dəyişəcəyi gözlənilən deyil. Azərbaycan xalqı Əli Kərimlini illərdir boykot edib. Xalq onun yanında olanları, dövlət və milli maraqları dsəstəkləyənləri qəbul edir. Şəxsi ambisiyaları və qazanclarını düşünən siyasətçilərə yer yoxdur. 

Rəfail Becanov
"Cebheinfo.az"

Açar sözlər: Əli Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyası siyasət

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Aprel 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see314

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see289

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see286

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see284

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see280

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see260

ABŞ “yaşıl kartı” 100 min dollara SATACAQ

16 İyul 2026 11:20see253

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see250

Rəhmanın dostu da dənizdə boğulubmuş Video

16 İyul 2026 23:19see229

Santorini əvəzinə Serifos, Kapri əvəzinə Proçida: Avropada kəşf edilməyi gözləyən 5 ada

16 İyul 2026 03:04see179

İranda uşaq xəstəxanasının yaxınlığına raket atıldı

16 İyul 2026 03:11see179

Gəmi kapitanı Səmədin nəşi tapıldı

16 İyul 2026 21:16see178

Ərbakanın NATO sammiti ilə bağlı şərhi Ərdoğanı qəzəbləndirə bilər

16 İyul 2026 17:53see178

Brüsselə verilən siyasi mesaj: Avropa Bakıya möhtacdır

15 İyul 2026 19:04see175

Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68 i üçün baş planlar hazırlanıb

16 İyul 2026 09:17see175

Məleykə Abbaszadə bakalavrlar üçün tövsiyələr verib

17 İyul 2026 00:34see174

Banqladeşdə qızılcadan ölənlərin sayı 779 a çatdı

16 İyul 2026 22:23see171

Qurban Qurbanov: “Belə hava şəraitində daha yaxşı oynadıq”

17 İyul 2026 02:29see170

İngiltərə mundialda qol vurmaq üzrə rekorda imza atıb

16 İyul 2026 02:05see168

Futbolda Messi sirri MÜTLƏQ OXUYUN

16 İyul 2026 02:01see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri