Icma.az
close
up
RU
Dövlət maraqlarını qoruyan Azərbaycan MƏTBUATI

Dövlət maraqlarını qoruyan Azərbaycan MƏTBUATI

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyev Azərbaycan mediasına inanır və onun fəaliyyətini yüksək qiymətləndirir.

Dövlətimizin başçısı bu barədə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə danışıb.

“Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb.

Mən bunu tam səmimiyyətlə deyirəm, sizə xoş söz demək üçün yox. Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir”, – deyə Prezident bildirib. 

Beləliklə, Prezident İlham Əliyev Azərbaycan mətbuatının rolunu bir daha yüksək qiymətləndirib. Dövlətimizin başçısı xüsusi olaraq vurğulayıb ki, mediamız lazım olanda hücuma da keçir. Əlbəttə ki, milli mətbuatın 150 illik yubileyi ərəfəsində dövlətin ən ali rəhbərindən bu sözləri eşitmək hər bir media nümayəndəsi üçün qürurdur.

Çünki dövlətimizin başçısı bu sözlərlə hər birimizin əməyini yüksək qiymətləndirdi. Bunun özü belə mətbuat üçün əsl hədiyyədir.

Milli Məclisin deputatı, Əməkdar jurnalist Hikmət Babaoğlu “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda Azərbaycan mediasının fəaliyyətini yüksək qiymətləndirdi:

“Düşünürəm ki, bu, həm 150 illik mətbuat tariximizdə Azərbaycan mediasının özünə hesabatı, həm də dövlətimizin medianın imkanlarını və fəaliyyətlərini qiymətləndirməsi baxımından mühüm hadisədir.

Milli mətbuat bu gün qlobal informasiya məkanında daima milli maraqlar üçün savaşan, mübarizə aparan təşkilatlanmadır, institutdur. Hazırda qlobal informasiya məkanında hər cür forma və metodlardan istifadə edərək kiminsə milli media üzərində imperativ mövqe qurmaq cəhdləri varsa, o zaman medianın öz dövlətinin və xalqının maraqlarını qoruması bir qədər də çətinləşir”.

Millət vəkili qeyd edib ki, Azərbaycan milli mətbuatı ötən illər ərzində çox mühüm təcrübə qazanıb:

“Azərbaycan mediası informasiyanın ən müasir alətlərindən məharətlə istifadə etməyi öyrənib. Əgər gerçək savaşçının savaş vasitələri onun cəbhəxanasında olan ən müasir silah-sursatdırsa, media mənsublarının da “cəbhəxanasında” olan “silahlar” bu gün sosial şəbəkələr və internet resurslarıdır.

Mənə elə gəlir ki, Azərbaycan Prezidentinin qiymətləndirməsi həm də medianın informasiya savaşının alətlərindən məharətlə istifadə etməsinə bacarmasına verilən qiymətdir”.

Hikmət Babaoğlu vurğulayıb ki, Prezidentin media ilə bağlı sözləri hər bir jurnalist üçün yüksək motivasiya mənbəyidir:

“Düşünürəm ki, Azərbaycan milli mətbuatı 150 illik yubileyi ərəfəsində özü ilə fəxr edə bilər. Çünki Azərbaycan Prezidenti İlham Əliyev onun fəaliyyətini yüksək qiymətləndirdi.

Bu, mediaya çox orginal bir təbrik idi. Bu gün bütün media mənsubları və Əməkdar jurnalist kimi mən də Prezident İlham Əliyevin qiymətləndirməsini həm yüksək motivasiya, həm də böyük mükafat kimi qəbul edirəm”. 

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Prezident İlham Əliyev Milli Mətbuat Azərbaycan mediası

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 İyul 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see414

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see327

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see322

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see261

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see257

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see229

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see200

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see198

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see197

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see188

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see180

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see179

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see177

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see175

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see169

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see164

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see162

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see161

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see158

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri