Icma.az
close
up
RU
Öz milli iqtisadiyyatlarını qorumaq istəyən dövlətlər, ABŞ ın sərt tarif qərarlarına qarşı cavab hazırlayacaq

Öz milli iqtisadiyyatlarını qorumaq istəyən dövlətlər, ABŞ ın sərt tarif qərarlarına qarşı cavab hazırlayacaq

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya-Ukrayna savaşı ilə dünya üzərinə çökən yeni dəmir pərdənin Şərqlə Qərb bloku arasında iqtisadi qarşıdurmanı öz bərabərində gətirməsi gözlənilirdi. Lakin Tramp ABŞ-ın bütün dünyaya qarşı iqtisadi savaşını elan etdi. Trampın sərt tarif qərarları ticarət müharibələrinin yeni bir fazanın başlandığından xəbər verir.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, Tramp birinci prezidentlik dövründə də sərt tarif qərarları almışdı. Bu qərarlarla Avropa İttifaqı, Çin, Kanada və Meksika kimi dünyanın iqtisadi güc mərkəzlərinin üzərinə milyardlarla dollarla ölçülən tarif xərcləri qoyulmuş, 2019-cu ildə Çinə 10%-lik tarif tətbiq olunmuşdu. Tramp bu qərarını ticarətdə mənfi saldo ilə, yəni kəsirlə izah edirdi.

Şəhla Cəlilzadə

“Əgər iki ölkə arasındakı ticarətdə bir ölkənin digərindən idxalı ixracını üstələyirsə, bu vəziyyət mənfi saldo və ya ticarət kəsiri yaradır. Məsələn; 2018-ci ildə ABŞ-ın Çinə ixracı 120,3 milyard dollar, Çindən idxalı isə 539,5 milyard dollar idi. Yəni, iki ölkə arasındakı ticarətdə kəsir 419,2 milyard dollar idi. Bir il sonra bu kəsir müəyyən qədər (100 milyard dollar) azaldı, lakin təbii ki, yox olmadı. Qeyd edim ki, Bayden administrasiyası Avropa ölkələrinə, Kanada və Meksikaya qarşı bir çox tarifləri ləğv etsə də, Çinə qarşı tarifləri ləğv etməmişdi”-deyən ekspert qeyd edib ki, Tramp 2024 seçki kampaniyası dövründə hakimiyyətə gəldiyi vaxt Çinə qarşı tarifləri 60%-ə çatdıracağını iddia edirdi.

“ABŞ-ın bir sıra ölkələrlə, o cümlədən Çinlə ticarətində indiyədək mənfi saldo hökm sürür. Belə ki, 2024-cü ildə ABŞ-ın Çinlə ticarət kəsiri 295,4 milyard dollar, Avropa İttifaqı ilə ticarətində kəsiri 241 milyard dollar olub. ABŞ-ın Vyetnamla ticarətində 123 milyard dollar, hətta Taylandla ticarətində 45,6 milyard dollarlıq kəsiri var. Beləliklə, Trampın ikinci prezidentlik dövrünün ilk qərarlarından biri kəsri azaltmaq üçün tarifləri artırmaq oldu. Öncə Çinə qarşı 20%-lik tarif qərarı alınmışdı, bu gün verilən qərarla isə əlavə 34% həcmində tarif müəyyən olundu və ümumilikdə Çinə qarşı 54%-lik tarifdən söhbət gedir. Bütün dünya dövlətlərinə minimum 10%-lik, bəzilərinə 20%-lik, az bir qisminə isə daha yüksək tariflər qərarlaşdırılıb. Çində və digər uzaq Şərq ölkələrində ucuz işçi qüvvəsi olduğuna görə istehsalçılar ABŞ-dan kənara üz tuturdular. Lakin idxal olunacaq mallara rüsumların artırılması ABŞ-da həm yerli istehsalın artmasına, həm də ölkə daxili qiymətlərdə ucuzlaşma ilə istehlakçıların maraqlarının təmin olunmasına xidmət edəcək”-deyə ekspert bildirib. Şəhla Cəlilzadənin fikrincə, qlobal iqtisadi artıma bu qərarın təsirlərinin əsasən mənfi yöndə olacağı ehtimal olunur.

“Belə ki, qlobal ticarət həcmi ümumilikdə azala, ticarət zənciri üzərində təzyiq arta bilər. Məsələn; ABŞ-a texnologiya, avtomobil, elektronika ixracı azalacaqsa, bu da istehsal zəncirində qırılma yaradaraq istehsal xərclərinin artmasına səbəb olacaq. Həmçinin qiymət artımları yüksələn inflyasiya deməkdir. Lakin digər dövlətlərin öz milli iqtisadiyyatlarını qorumaq üçün ABŞ-ın bu qərarına qarşı cavab tədbirləri alacağı şübhəsizdir. Xüsusilə, Çinin bu baxımdan daha güclü mövqedə olduğu deyilə bilər. Çin artıq ABŞ-dan enerji və kənd təsərrüfatı məhsullarına tarifləri artırıb, 6 ABŞ şirkətinə qarşı embarqo qərarı alıb, 16-sını da “nəzarət” listinə əlavə edib, həmçinin Kanada Amerikan məhsullarına 21 milyard dollar həcmində tarif tətbiqini açıqlayıb”-deyən Şəhla Cəlilzadə qeyd edib ki, bütün bunlar yetərli deyil və ABŞ-dan idxal olunan məhsulları alternativlərlə əvəzləmək üçün dövlətlər yeni konfiqurasiyalar yaratmalı olacaqlar, o zaman texnoloji və mali investisiya imkanları, yeni tərəfdaşlarla əməkdaşlıqlar - ümumilikdə savaş qarşısında dözümlülük tələb edir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Aprel 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri