Icma.az
close
up
RU
Öz qadınlıqlarından imtina edə bilərlər Azərbaycanda təşviş yaradan statistika

Öz qadınlıqlarından imtina edə bilərlər Azərbaycanda təşviş yaradan statistika

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda erkən yaşda qadınlar arasında abort halları artıb. “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində əks olunan məlumata görə, 2024-cü ildə 78245 abort qeydə alınıb. Onlardan 72 abort 15-17 yaş qrupuna aiddir.

Statistik rəqəmlərdən də görünür ki, 2023-cü illə müqayisədə 2024-cü ildə 15-17 yaş qrupunda abort sayında artım baş verib. Belə ki, 2023-cü ildə bu yaş qrupu üzrə abort sayı 68 olub.

15-19 yaşlılar arasında isə aborta müraciət sayı 2751 nəfərdir. 2024-cü ildə bu yaş qrupu üzrə də abortların sayında artım müşahidə olunur. Belə ki, 2023-cü illə müqayisədə 15-19 yaş qrupu üzrə aborta müraciət edənlərin sayı 155 nəfər çox olub.

Abort üçün müraciət edənlərdən 2 679 nəfər 18-19 yaş qrupuna aiddir. Bu yaş qrupu üzrə də 2023-cü ildə 2024-cü illə müqayisədə abort üçün müraciət edənlərin sayı 151 nəfər çox olub.

Erkən yaşda bu addımı atmağa məcbur qalan gənc qızların psixoloji vəziyyəti, gələcək həyatlarına təsiri və cəmiyyətdəki münasibət məsələnin nə qədər həssas olduğunu göstərir.

Bəs, erkən yaşda abort yaşayan qızlarda ən çox hansı psixoloji travmalar müşahidə olunur? 

Psixoloq Vüsalə Əmiraslanova Ölkə.az-a açıqlamasında bildirib ki, erkən yaşda abort edən qızların həyatında böyük, psixoloji dəyişikliklər baş verir:

"Əvvəla, yaşadıqları münasibətlər onların həyatında mənfi izlər buraxa bilir: özlərini bəyənməmək, öz qadınlıqlarından imtina etmək və s. Hətta bəzi qızlar olur ki, buna görə ümumiyyətlə ailə qurmaqdan imtina edirlər. Hər bir qadının həyatında atasının anasının böyük rolu var. Əgər ata ana arasında problem yaşanırsa, əlbəttə ki, uşaqlarda əks cinsə meyillənmə arta bilir. Gənc qız bir övladdan imtina etmək məcburiyyətində qaldıqda və ya düzgün olmayan qərar verdikdə, bu, onun gələcək həyatında dərin və mənfi izlər buraxır.

Psixoloji olaraq gərginlik yaşayır, aqressiv ola bilər, həm özünə, həm də qarşı tərəfə nifrət hissi duya bilər. Günahkarlıq hissləri güclü olur. Bəzən psixosomatik xəstəliklər, fiziki ağrılar ortaya çıxır. Psixi durumunda dəyişikliklər baş verir, insan özünə qapanır və s. Bu vəziyyət hətta intiharla da nəticələnə bilər. Mənim fikrimcə, ilk növbədə ailələr maarifləndirməni gücləndirməlidir. Daha sonra isə həm məktəblər, həm də yaxın çevrə bu məsələdə müsbət təsir göstərmək üçün fəaliyyət göstərməlidir".

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Avqust 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri