Icma.az
close
up
RU
Avropada təşviş doğuran statistika

Avropada təşviş doğuran statistika

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AzVision.az “The Wall Street Journal (WSJ)” nəşrinə istinadən xəbər verir ki, London Kral Kollecinin məlumatına görə, 2022-2024-cü illərdə Belçikada terrorçuluq əməllərində təqsirləndirilən və şübhəli bilinənlərin təxminən üçdə biri yeniyetmələrdir, Böyük Britaniyada isə bu rəqəm saxlanılan hər beş nəfərdən birinə aiddir.
“Bu il 14 və daha yuxarı yaşda olan onlarla yeniyetmə musiqi məkanlarına, ticarət mərkəzlərinə və müxtəlif dinlərə aid kilsələrə hücum hazırlamaqda şübhəli bilinərək həbs edilib”, - qəzet yazır.
Ekspertlər gənclərin radikallaşmasının əsas amilləri kimi ekstremist ideologiyaların təbliğatının sosial şəbəkələrdə görünməmiş şəkildə yayılmasını və bunun süni intellekt texnologiyaları ilə təkmilləşməsini, sosial şəbəkələrin yeniyetmələrə böyük təsirini, o cümlədən Qəzza zolağında müharibə kimi rezonans doğuran və cəmiyyətləri bölən hadisələri göstəriblər.
- 2023-cü il oktyabrın 7-də İsrailə qarşı hücumlardan sonra ilk səkkiz ay ərzində Avropa ölkələrində terrorla bağlı ittihamlarla saxlanılanların təxminən üçdə ikisi azyaşlılar olub. Eyni zamanda, 2023-cü ildən 2024-cü ilə qədər Avropada uğurlu terror aktlarının ümumi sayı iki dəfə artaraq 67-yə çatıb”, - Krallıq kollecinin Təhlükəsizlik kafedrasının professoru Piter Nyuman vurğulayıb.
İddialara görə, Avropada yeniyetmələrə təsir baxımından əsas təhlükəni islamçı ekstremist doktrinaları təşkil edir, lakin bununla yanaşı, azyaşlılar arasında radikal ifrat sağçı ideyaların populyarlığı da artmaqdadır. Digər tərəfdən isə, internetdə ekstremist ideyalar qarışıq olur – ağdərililər islam terrorçularının prinsiplərinə heyran ola bilərlər, gənc cihadçılar isə Avropa hüququnun dilini və estetikasını götürürlər.
“İnternet sayəsində gənclərin radikallaşması xeyli sürətlənib. Hesablamalara görə, əgər 2002-ci ildə ekstremist baxışlara gəlmək 16 ay çəkibsə, 2015-ci ildə bu proses 40% daha sürətlə gedib”, - Avstraliyanın İqtisadiyyat və Sülh institutu bildirib.
Ekspertlər vurğulayırlar ki, ekstremist ideyalara, konspirasiya nəzəriyyələrinə və zorakılıq çağırışlarına əsaslanan onlayn icmalar ilk növbədə həmyaşıdları arasında sosial problemlərlə üzləşən yeniyetmələri əhatə edir.
Onların fikrincə, hökumətlər əsas sosial şəbəkələri daha keyfiyyətli və mülayim məzmunlara sövq etməli və ekstremist ideyaların yayılmasına qarşı mübarizə üçün daha çox səy göstərməlidir.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azvision.az
archiveBu xəbər 05 May 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see444

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see299

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see233

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see217

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see215

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see211

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see210

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see187

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see168

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see167

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see165

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see163

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see160

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri