Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Çox ölkə bundan imtina edir, Azərbaycanda isə.. ŞOK STATİSTİKA

Çox ölkə bundan imtina edir, Azərbaycanda isə.. ŞOK STATİSTİKA

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Həkimlər deyir zərərlidir, ekspertlər isə düzgün növdən istifadəni vacib sayır

2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 57 milyon 960 min ABŞ dolları dəyərində 48 min 947.6 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici həcm ifadəsində 7.4% və ya 3 min 377 ton, dəyər ifadəsində isə 10.7% və ya 5.6 milyon ABŞ dolları artıb. 2023-cü ilin ilk 10 ayında Azərbaycana 52 milyon 342 min ABŞ dolları dəyərində 45 min 570 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.

Hesabat dövründə palma yağının 1 kiloqramının orta idxal qiyməti 2 manat təşkil edib və Malayziyadan 23 min 179 ton, İndoneziyadan isə 25 min 768 ton gətirilib.

Xatırladaq ki, son 30 ildə marqarin istehsalında trans yağların əsas əvəzedicisi rolunu oynayan palma yağı yeyinti sənayesi, xüsusilə də qənnadı məmulatları, dondurma, şokolad, çips istehsalçıları tərəfindən geniş istifadə edilir. Eyni zamanda bütün dünyada marqarin istehsalında da palma yağından geniş istifadə olunur. Bu ilin 10 ayında Azərbaycanda 40 min 853 ton marqarin istehsal edilib ki, bunun da 1009 tonu ixrac edilib.

Əksər ölkələrdə palma yağının idxalına, istifadəsinə məhdudiyyətlər tətbiq edilir. Avropa İttifaqı 2018-ci ildən palma yağı ilə istehsal olunan məhsulların dayanıqlı olmasını tələb edir. Eyni zamanda 2020-ci ildən etibarən bərpa olunan enerji istehsalında palma yağının istifadəsi tədricən məhdudlaşdırılır.

Fransa və Belçikada palma yağı ehtiva edən məhsullardan bəzilərinin istehlakını məhdudlaşdırmaq üçün vergi tətbiq ediblər. Norveç isə 2017-ci ildən palma yağı ilə istehsal olunan bioyanacağın idxalını tədricən dayandırmağa başlayıb. İsveçdə isə əksər supermarketlər palma yağı ehtiva edən məhsulların satışını dayandırıb.

Bir çox ölkələrin imtina etdiyi palma yağından bizdə niyə geniş şəkildə istifadə edilir? Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri tərəfindən aparılan təhlil dünyanın 23 ölkəsində palma yağı istehlakının artması ilə ürək xəstəliklərinin çoxalmasını müəyyən edib. Həkimlər palma yağının ateroskleroz əmələ gətirən qandakı “pis xolesterini” artırması ilə bağlı məlumat veriblər. Onlar həmçinin palma yağı sənayesinin ətraf mühitə ciddi zərər vurduğunu qeyd ediblər.

Ekspertlər də illərdir palma yağının zərərləri barədə xəbərdarlıq edirlər. Qeyd edilir ki, palma yağı təxminən 50%-dən çox doymuş yağ ehtiva edir. Bu, onun həddindən artıq istehlakı vəziyyətində ürək-damar xəstəlikləri, yüksək xolesterol və damar tutulması riskini artırır. Palma yağı yüksək istilikdə (qızartmada) istifadə edildikdə trans yağlar əmələ gətirə bilər. Trans yağlar infarkt və diabet riskini artırır. Enerji baxımından zəngin olsa da, qida dəyəri aşağıdır. Həddindən artıq palma yağı istehlakı artıq çəki və piylənməyə səbəb ola bilər. Palma yağı qızdırıldıqda (xüsusən təkrar emalda) GE (qlisidil efirlər) və 3-MCPD (monoxlorpropanediol) adlı maddələr əmələ gələ bilər. Bunlar bəzi araşdırmalara görə kanserogen təsir göstərir. Doymuş yağlar insulinin təsirini zəiflədərək şəkərli diabet riskini artıra bilər.

Yerli mütəxəssislərinə görə palma yağları kosmetik məhsulların hazırlanmasında istifadə olunursa, zərərsizdir. Palma yağı əgər transa çevrilmirsə, hidrogenlə püskürdülüb doydurulmursa, tərkibinə rəngləndirici qatqılar vurulmursa, süni kərə yağına çevirmirlərsə, o zaman faydalı ola bilər. O da miqdar nəzərə alınmaqla istehlak olunmalıdır. Eyni zamanda digər bitki yağlarını da trans yağa çevirib istehlak etmək yolverilməzdir. Palma yağını rafinə etmədən istehlak etmək mümkün deyil. Onun gərək rəngini və qoxusunu dəyişsinlər, belə olanda isə temperatur 250 dərəcəyə qədər qalxır. O da qeyd edilir ki, yeganə yağ zeytun yağıdır ki, yüksək temperaturda trans yağa çevrilmir. Palmanı 250 dərəcəyə qaldırıb doydurmaq istəyəndə artıq hidrogen bağlarının yeri dəyişir və həmin yağ trans yağa çevrilir.

Eyyub Hüseynov

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini deyib: “İki cür palma yağı hazırlanır. Dənəsindən qida üçün hazırlanan yağ və gövdəsindən hazırlanan sənaye üçün yağdan söhbət gedir. Qida üçün tam yararlı olan dənəsindən hazırlanan yağ Avropa və digər bazarlarda satılır. İsveçrə kimi ölkələrdə hətta uşaqların qidasına da qatılır. Azərbaycana da idxal olunur. Azərbaycana gətirilən qida yağları şübhəsiz ki, tam standartlara uyğundur və Qida Təhlükəsizliyi Agentliyinin nəzarətindədir, heç bir təhlükəsi yoxdur. Sadəcə, MDB məkanında bu yağa qarşı böyük antireklam aparılır ki, bu bazara daxil olmasın. Təəssüflə qeyd edirəm ki, bütün etiketlərin üzərinə bütün yaxşı və pis xüsusiyyətləri yazılmaqla nə üçün satışda yoxdur. Sadəcə, yağların üzərində spred olduğu qeyd edilir, palma yox, bitki yağı kimi qeyd edirlər. Palma yağı qadağan olunmamalıdır, qida üçün olanı istifadə oluna bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Dekabr 2024 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see792

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see320

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see284

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see276

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see272

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see261

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see259

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see255

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see232

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see227

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see214

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see214

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see209

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see196

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see187

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see186

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see185

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see180

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri