Icma.az
close
up
RU
Öz ruzisi ilə gəlir... Yeni doğulan körpələrə görə dövlət tərəfindən birdəfəlik müavinət ödənilir

Öz ruzisi ilə gəlir... Yeni doğulan körpələrə görə dövlət tərəfindən birdəfəlik müavinət ödənilir

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycanda yeni doğulan körpələrə görə, valideynlərinə birdəfəlik müavinət verilir. Bunu əksər vətəndaşlar bilmir. Amma Azərbaycanda yaşayan hər kəs bu müavinəti ala bilər. Bunun üçün isə, müvafiq sənədləri toplayıb, aidiyyatı qurumlara müraciət etmək lazımdır.

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yeni doğulan körpənin anadan olmasına görə, Azərbaycan Respublikasının “Sosial müavinətlər haqqında” qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşları, o cümlədən Azərbaycan ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər Azərbaycan respublikasının ərazisində doğulmuş uşağına görə müvafiq qaydada doğum haqqında təsdiq edən sənədi, yəni doğumun qeydə alındığı tibbi mərkəzin sənədini, o cümlədən valideynlərin şəxsiyyət vəsiqələri və aidiyyatı üzrə müraciət ərizəsini Əmək və Əhalinin Sosil Müdafiəsi Nazirliyinin şöbələrinə və yaxud DOST mərkəzlərinə təqdim etməklə, doğum faktını qeydə aldırırlar və bununla bağlı dövlət tərəfindən müəyyən olunan 500 manat məbləğində birdəfəlik müavinəti əldə edirlər.

Ramil Süleymanov / Foto: Bizimyol.info

“Birdəfəlik müavinətlə müraciətə 10 gün ərzində baxılır və 10 gün ərzində qərar təqdim olunur. Müavinətin ödənilməsinə görə hər hansı bir imtina olarsa, 5 gün ərzində vətəndaşa imtina təqdim olunur”-deyə hüquqşünas qeyd edib.

Ramil Süleymanov bildirib ki, Azərbaycan Respublikası ərazisində doğulan uşaqların cinsiyyətinə görə, hər hansı bir ayrı-seçkilik tətbiq olunmur: "Həm oğlan uşaqlarına, həm qız uşaqlarına birdəfəlik müavinət olaraq, 500 manat məbləğində dövlət tərəfindən müavinət ödənilir".

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Noyabr 2024 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see247

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see218

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see204

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see168

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri