Icma.az
close
up
RU
Özbəkistan Ali Məclisinin deputatı: Qardaş Azərbaycanın iştirakı Məşvərət Görüşləri formatına güclü təkan verəcək

Özbəkistan Ali Məclisinin deputatı: Qardaş Azərbaycanın iştirakı Məşvərət Görüşləri formatına güclü təkan verəcək

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 16-da Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün ən vacib yeniliyi Azərbaycan Respublikasının Mərkəzi Asiya liderlərinin məşvərət formatına tamhüquqlu iştirakçı kimi qəbul edilməsidir. Bu, təkcə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq çərçivəsini genişləndirməyəcək, həm də Cənubi Qafqazla yeni geosiyasi və iqtisadi əlaqələr üçün möhkəm təməl yaradacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Özbəkistan Ali Məclisinin deputatı Gülnorahon Abduvahidovanın rəsmi “UzA“ informasiya agentliyinin saytında dərc edilən məqaləsində yer alıb.

Özbəkistan parlamentinin üzvü qeyd edib ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi, habelə Trans-Əfqanıstan və Trans-Xəzər dəhlizlərinin inkişafı layihələri regionun coğrafi üstünlüyünü iqtisadi faydaya çevirəcək. Bu cür layihələr təkcə ölkələr arasında nəqliyyat əlaqəsini gücləndirməyəcək, həm də Xəzərdən Avropaya geniş logistika məkanını birləşdirəcək. Buna görə də Prezident Şavkat Mirziyoyev Azərbaycanın iştirakı ilə bağlı qərarı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü körpü qurulması kimi xarakterizə edib. Bu addım, şübhəsiz ki, iki region arasında logistika, enerji əməkdaşlığı, ticarət və investisiya əlaqələrini yeni səviyyəyə qaldıracaq.

Gülnorahon Abduvahidova əlavə edib: “Bu dəyişiklik təkcə dövlətlər arasında strateji tərəfdaşlığı deyil, həm də regionun siyasi çəkisini əhəmiyyətli dərəcədə gücləndirəcək. Bu gün Mərkəzi Asiyada həmrəyliyin güclənməsi beynəlxalq arenada vahid mövqeyin formalaşmasına töhfə verir. Bundan əlavə, Özbəkistanın dövlət başçısının qeyd etdiyi kimi, Məşvərət Görüşləri haqqında Əsasnamənin qəbul edilməsi, rotasiya əsasında fəaliyyət göstərən Katibliyin yaradılması və milli koordinatorların Prezidentin xüsusi nümayəndələri səviyyəsinə qaldırılması bu formatın davamlı və sistemli əməkdaşlıq platformasına çevrilməsinə xidmət edəcək. Eyni zamanda, Ağsaqqallar Şurasının yaradılması təşəbbüsü də regionumuzun tarixi və mənəvi dəyərlərinə uyğundur”.

Məşvərət Görüşündə müzakirə olunan məsələlərin iqtisadi seqmentinə toxunan özbək deputat vurğulayıb: “Özbəkistan Prezidentinin 2035-ci ilə qədər Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Regional Proqram hazırlamaq təklifi qarşılıqlı ticarət həcminin azı ikiqat artırılması, inzibati maneələrin azaldılması, azad iqtisadi zonalardan birgə istifadə və elektron ticarətin inkişafı kimi sahələri əhatə edir. Həqiqətən, bugünkü rəqəmsal iqtisadiyyat kontekstində Mərkəzi Asiya ölkələrinin elektron ticarət platformalarını birləşdirmək təşəbbüsü böyük potensiala malikdir”.

Dövlət başçılarının regional təhlükəsizlik məsələləri ilə bağlı müzakirələrinin yekununu şərh edən G.Abduvahidova qeyd edib: “Qəbul edilmiş Regional Təhlükəsizlik Konsepsiyası və Risklər və Təhdidlər Kataloqu qarşıdakı illər üçün vahid təhlükəsizlik siyasətinin hazırlanmasının əsasını təşkil edəcək.

Qeyd etmək lazımdır ki, qlobal miqyasda davam edən hazırkı mürəkkəb geosiyasi şəraitdə region ölkələri arasında həmrəylik hər zaman olduğundan daha vacibdir. Regional liderlərin görüşləri, həmçinin irəli sürülən təşəbbüslər və imzalanan sənədlər Mərkəzi Asiyanın növbəti 10-20 il ərzində inkişafına aydın konseptual yanaşma təqdim edib. Ən əsası, bu təşəbbüslər həm ölkəmiz, həm də bütün region üçün böyük strateji əhəmiyyətə malikdir. Bu gün gücümüz birlikdə, tərəqqi yolumuz əməkdaşlıqda, gələcəyimiz isə strateji həmrəylikdədir. Bu mənada, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü yeni, həlledici bir mərhələnin başlanğıcını qoyub”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri