Icma.az
close
up
RU
Özbəkistan ali məktəbləri Bakı sərgisində

Özbəkistan ali məktəbləri Bakı sərgisində

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Özbəkistanın 15-ə yaxın nüfuzlu ali təhsil müəssisəsini əhatə edən sərgi təşkil olunub. Qardaş ölkənin nümayəndələri ziyarətçilərə öz universitetlərinin  fəaliyyəti, tədris imkanları, tələbə mübadiləsi proqramları və elmi əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat veriblər.

Daşkənd, Səmərqənd və Buxarada fəaliyyət göstərən aparıcı ali təhsil ocaqlarının yer aldığı sərginin açılış mərasimində AMEA-nın prezidenti İsa Həbibbəyli, Milli Məclisin deputatları  iştirak ediblər. Çıxışlarda Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinin təhsil, elm və mədəniyyət sahələrində də inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Sonra “İnqla School Baku”nun təşkilatçılığı, Özbəkistan Ali Təhsil Nazirliyi, bu ölkənin Azərbaycandakı səfirliyi və Crossmedia.az analitik informasiya portalının tərəfdaşlığı ilə keçirilən sərgi ilə tanışlıq olub. 

Xaricdə təhsil məsələləri üzrə ekspert Murad Ələkbərzadə “Xalq qəzeti”nə müsahibəsində deyib ki, əməkdaşlığın davamlı inkişafı istiqamətində atılan bu addım, Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir. Ekspert Özbəkistan təhsilinin səviyyəsindən və bu universitetlərin yerli və beynəlxalq şirkətlərlə əməkdaşlığından söz açaraq bildirib ki, sərgidə təmsil olunan universitetlər dünya əmək bazarının tələblərinə uyğun kadr hazırlığı həyata keçirir. 

Rizvan FİKRƏTOĞLU 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 May 2025 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see291

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see274

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see256

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see255

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see247

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see239

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see238

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see238

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see237

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see231

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see230

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see222

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see222

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see216

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see198

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see187

Çox qısa və çox uzun yuxu sürətlənmiş qocalma əlamətləri ilə əlaqələndirilib

21 Sentyabr 2026 21:06see186

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see183

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see179

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri