Özbəkistan Azərbaycan: Geoloji kəşfiyyat üzrə cari işlərə nəzər salınıb
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
“Özbəkneftqaz” SC və Azərbaycanın SOCAR-ın rəhbərləri arasında videokonfrans keçirilib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə dövlət başçısının qərarı ilə təsdiq edilmiş məhsul bölgüsü sazişinin icrası və Ustyurt rayonunda investisiya bloklarında geoloji kəşfiyyat işlərinə başlanılması ilə bağlı tədbirlər müzakirə olunub. Layihənin icrası üzrə texniki işlərə və operator şirkətin təşkili ilə bağlı məsələlərə də diqqət yetirilib.
Qeyd edildiyi kimi, 2025-ci il iyulun 24-də Özbəkistan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Özbəkneftqaz” SC arasında Ustyurt neft-qaz regionunda investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılması və sonradan karbohidrogenlərin hasilatını əhatə edən məhsulların bölüşdürülməsinə dair saziş imzalanıb. Bu görüş sənədin icrası ilə bağlıdır.
Görüş zamanı tərəflər əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb və gələcək birgə fəaliyyətə hazır olduqlarını bildiriblər.
Süleyman
Bu mövzuda digər xəbərlər:Geoloji Kəşfiyyat Agentliyi auditor seçir
28 Yanvar 2025 09:21
SOCAR “Uzbekneftegaz” ilə Üstyurtda geoloji kəşfiyyat layihəsi üzrə razılıq əldə edib
02 İyul 2025 21:01
“AzerGold” tərəfindən Geoloji kəşfiyyat informasiya sistemi yaradıldı
13 May 2025 14:54
Geoloji Kəşfiyyat Agentliyi 2 illik auditor seçib
04 Mart 2025 12:42
Tokayev: Qazaxıstan, Özbəkistan və Azərbaycan yaşıl enerji xəttinin tikintisi üzrə işlərə başlayır
04 Aprel 2025 12:51
Baxış sayı:42
Bu xəbər 04 Sentyabr 2025 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















