Icma.az
close
up
RU
Özbəkistan Azərbaycanın belə bir müqavilə imzaladığı ilk dövlətdir Sahib Alıyev

Özbəkistan Azərbaycanın belə bir müqavilə imzaladığı ilk dövlətdir Sahib Alıyev

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Cənab Prezident İlham Əliyevin Özbəkistana səfəri öncəsi yazmışdım ki, eyni ölkəyə çox qısa aralıqla, cəmi iki il sonra növbəti dövlət səfəri beynəlxalq təcrübədə az rast gəlinən haldır. Eyni zamanda, qarşılıqlı dövlət səfərlərinin nəticəsi olaraq, sadəcə bir il ərzində əlaqələrin dərin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə qaldırılması da təəccüb doğurmasa da, heç də tez-tez baş vermir. Təəccüb doğurmamasının səbəbi isə budur ki, qardaş ölkələrimizin həm liderləri, həm də xalqları arasında bir-birinə böyük rəğbət, ailə səmimiyyəti var, hədəf və strateji baxış tam üst-üstə düşür. Bu rəğbətin, səmimiyyətin və əlbəttə, Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın nəticəsidir ki, dövlətlərimizin başçıları indi də “Əbədi Dostluq haqqında Müqavilə” imzaladılar. Özbəkistan Azərbaycanın belə bir müqavilə imzaladığı ilk dövlətdir. Əslində, bu, elə Özbəkistanın özünə də aiddir. Baxmayaraq ki, hələ 1997-ci ildən onunla Qazaxıstan və Qırğızıstan arasında belə bir müqavilə mövcuddur".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirdi.

"Özbəkistan, Qazaxıstan və Qırğızıstan arasında imzalanan “Əbədi Dostluq haqqında Müqavilə”, birincisi, üçtərəfli – “minilateral” sənəd idi. İkincisi, Mərkəzi Asiyanın bu üç respublikası həmin müqaviləni imzalayarkən sərhəd, su ehtiyatlarının bölüşdürülməsi və regional təhlükəsizlik məsələlərində yarana biləcək münaqişənin qarşısını almaq niyyəti güdürdülər. Yəni, belə demək mümkündürsə, bu, daha çox müdafiə, ilk növbədə də bir-birindən müdafiə xarakterli anlaşma idi. Burada detallara varmadan təəssüflə onu da qeyd edim ki, həmin o üçtərəfli müqavilədə nəzərdə tutulanlar elə ancaq kağız üzərində qaldı, bəzi lazımsız qarşıdurmalardan qaçmaq mümkün olmadı".

Onun sözlərinə görə, Azərbaycanla Özbəkistan arasında imzalanan isə ikitərəfli sənəddir, proaktiv, təşəbbüskar və diqtəedici mahiyyət daşıyır:

"Bununla belə, onu da qeyd etməliyik ki, 1997-ci ildə tərəflərin hədəfi regionla məhdudlaşırdısa, 2026-cı il müqaviləsinin hədəfi transregional və qlobaldır. Ümumiyyətlə, Azərbaycanla Özbəkistan arasında imzalanan “Əbədi Dostluq haqqında Müqavilə”nin Türk dünyası üçün “Şuşa Bəyannaməsi” qədər önəmli olduğu düşüncəsindəyəm. Arzum isə budur ki, bu sənədin təsir gücü tarixdə əbədi dostluq haqqında ilk müqavilə sayılandan daha uzunömürlü, yəni elə əbədi olsun. O müqavilə isə 1373-cü ildə İngiltərə Krallığı ilə Portuqaliya arasında imzalanıb və hələ də qüvvədədir.

Eyni zamanda, görürəm ki, Qərbdə bəzi analitiklər iki qardaş ölkə arasındakı son müqaviləyə əsaslanaraq öz şərhlərində “Transxəzər strateji tandemi”, “Bakı-Daşkənd geosiyasi oxu” ifadələrini işlədirlər. Yuxarıda qeyd olunanları xatırlatmaqla mən isə düşünürəm ki, bu, aysberqin görünən tərəfinə baxılaraq verilən qiymətdir; görünməyən tərəfində daha böyük coğrafiya və ox var!".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Avqust 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see370

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see318

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see285

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see267

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see265

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see262

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see257

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see247

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see245

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see236

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see231

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see228

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see224

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see222

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see218

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see194

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri