Icma.az
close
up
RU
Özbəkistan Baş prokuroru Kəlbəcər və Gəncədə oldu FOTO

Özbəkistan Baş prokuroru Kəlbəcər və Gəncədə oldu FOTO

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Azərbaycanda səfərdə olan Özbəkistan Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclis sədri Sahibə Qafarova tərəfindən qəbul edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Özbəkistan arasında tarixən formalaşmış dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunaraq, parlamentlərarası əlaqələrin və dövlət institutları arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Daha sonra nümayəndə heyəti işğaldan azad edilmiş Kəlbəcər rayonuna səfər edib.

Qonaqlar Kəlbəcər şəhərində və İstisu ərazisində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, həyata keçirilən infrastruktur layihələri, regionun sosial-iqtisadi inkişafı və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində görülən tədbirlərlə yaxından tanış olublar.

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev tərəfindən rayonda həyata keçirilən bərpa-quruculuq layihələri, yaradılan müasir infrastruktur, əhalinin mərhələli şəkildə doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində görülən işlər, eləcə də qarşıdakı inkişaf perspektivləri barədə qonaqlara ətraflı məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyasına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonunda müasir şəhərsalma prinsipləri əsasında geniş quruculuq işləri ardıcıl şəkildə davam etdirilir.

Səfər proqramı çərçivəsində nümayəndə heyəti, həmçinin, Gəncə şəhərində olub.

Qonaqlar əvvəlcə Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsinə ucaldılmış Memorial Kompleksi ziyarət edib. Onlara Gəncə şəhərinin raket hücumlarına məruz qalması, dinc əhaliyə qarşı törədilmiş hücumların ağır nəticələri və həlak olmuş mülki şəxslərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verilib.

Şəhərlə tanışlıq çərçivəsində qonaqlar Gəncənin zəngin tarixi və mədəni irsini əks etdirən Şah Abbas Məscidini, İmamzadə dini-memarlıq kompleksini və dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edib.

Bununla da, nümayəndə heyətinin Azərbaycan Respublikasına işgüzar səfəri başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 İyul 2026 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri