Icma.az
close
up
RU
Özbəkistan Mədəniyyət İnstitutunun səhnəsində Azərbaycan klassiklərinin əsərləri təqdim olunacaq

Özbəkistan Mədəniyyət İnstitutunun səhnəsində Azərbaycan klassiklərinin əsərləri təqdim olunacaq

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rəhbərliyi arasında görüş keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə institutun rektoru, professor Nodirbek Sayfullayev gələcək əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, Azərbaycan xalqına və mədəniyyətinə hörmətin sonsuz olduğunu və bu əməkdaşlığın iki xalqın min illərdir mövcud olan mədəni əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib. Eyni zamanda, o, qonaqları institutun tarixi, elmi və yaradıcılıq potensialı, bu gün həyata keçirilən tədris-yaradıcılıq prosesləri, elmi istiqamətdə dəyişikliklər, bütövlükdə institutun həyatı ilə ətraflı tanış etmişdir.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Azərbaycanda özbək mədəniyyətinə və incəsənətinə böyük maraq olduğunu qeyd edərək, rəhbərlik etdiyi qurumun bugünkü fəaliyyətinin iki xalqın mədəni əməkdaşlığının daha da möhkəmləndirilməsinə və bir çox mədəni layihələrin birgə həyata keçirilməsinə yönəldiyini vurğulayıb. Diplomat bildirib ki, son illər iki dövlət başçılarının səyləri nəticəsində Azərbaycan və Özbəkistanın bütün istiqamətlərdə əməkdaşlığı yüksək səviyyədə davam edir, mədəni əməkdaşlıq isə minillik ənənələrə əsaslanaraq yeni səviyyəyə çıxır və bu sahədə çalışanlar üçün yeni imkanlar yaradır.
Sonda birgə konsert proqramlarının, dəyirmi masaların təşkili, təşkil olunan tədbirlərdə əməkdaşların qarşılıqlı iştirakının təmin edilməsi, institut tələbələri tərəfindən müasir Azərbaycan dramaturgiyası nümunələrinin formalaşdırılması, habelə Azərbaycan klassiklərinin əsərləri institutun səhnəsində nümayiş olunması, iki ölkənin tanınmış sənət adamlarının, xüsusən aktyorluq sahəsində tanınmış simaların qarşılıqlı ustad dərslərinin təşkili və digər məsələlər üzrə razılıq əldə olunub.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Fevral 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see237

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see208

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see207

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see179

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see171

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see155

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see148

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see148

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see138

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri