COP29 qonaqları üçün Azərbaycan klassiklərinin əsərləri təqdim olunub FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Beynəlxalq Muğam Mərkəzi Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri (Bədii rəhbər və baş dirijor: Mustafa Aşurov) konsert proqramı təqdim etdi.
COP 29-a həsr olunmuş konsertlər çərçivəsində təqdim edilən proqramda Xalq artisti Gülnaz İsmayılova, beynəlxalq və respublika müsabiqələri laureatları Rəvanə Qurbanova, Günay İmamverdiyeva, Zabitə Əliyeva, Orxan Hüseynli, Seymur Həsənsoy, Anar Yusub, Rəvan Qaçayevin ifaları tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılandı. Proqramda Fikrət Əmirov, Hacı Xanməmmədov, Oqtay Kazımi, Aşqin Əlizadə, Süleyman Ələsgərov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Xan Şuşinski, Ələkbər Tağıyev və dünya bəstəkarlarının əsərləri səsləndi.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 21 Noyabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















