Icma.az
close
up
RU
Özbəkistan səfirliyimizdə dəyirmi masa müzakirəsi

Özbəkistan səfirliyimizdə dəyirmi masa müzakirəsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Mərkəzi Asiya Beynəlxalq İnstitutu ilə birgə “Özbəkistan və Azərbaycan: Alyans və regionlararası əməkdaşlığın yeni perspektivləri” mövzusunda dəyirmi masa keçirib.

İki ölkənin ekspert və işgüzar dairələrinin nümayəndələrinin iştirak etdikləri müzakirələrdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana son dövlət səfərinin yekunlarından bəhs olunub. İnstitut direktorunun müşaviri Səidmuxtar Səidqasımov Özbəkistan–Azərbaycan münasibətlərinin etimad və qarşılıqlı dəstək ruhunda dinamik inkişaf etdiyini vurğulayıb. Müttəfiqlik münasibətləri haqqında Müqavilənin bağlanması və Ali Dövlətlərarası Şuranın fəaliyyətə başlaması sayəsində ikitərəfli əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldiyi vurğulanıb.

Azərbaycanın qardaş ölkədəki səfiri Hüseyn Quliyev bildirib ki, bu il oktyabrın 2-də ölkələrimiz arasında diplomatik münasibətlər yaranmasının 30 ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin öz ölkələrində sosial-iqtisadi, humanitar, ekologiya və digər sahələrdə apardıqları islahatlar əhalinin rifah halının yüksəldilməsinə yönəldilib.

Milli Məclisin deputatı Rasim Musabəyov qeyd edib ki, Türkiyə Qərbdə, Özbəkistan isə Şərqdə ən güclü türk dövlətidir. Ortada yerləşən Azərbaycan türk dünyasının iki qütbü arasında bu əlaqələri gücləndirən bir rabitə mərkəzi rolunu oynayır. Yaranmış etimad münasibətləri tərəflərə bütün məsələləri işgüzarcasına müzakirə etməyə və müasir çağırışlarla birgə mübarizə aparmağa imkan verir.

Müzakirələrdə Özbəkistan Prezidentinin Azərbaycanın “Mərkəzi Asiya ilə Avropanı birləşdirən strateji körpü” rolunu oynaması barədə bəyanatının önəmi, eləcə də Daşkənd və Bakı arasında regional miqyasda alyansın artan rolu xüsusi vurğulanıb.

İkinci sessiyada iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və logistika potensialı, birgə enerji təşəbbüslər müzakirə olunub. Ekspertlər nəqliyyat kommunikasiyalarının inkişafına xüsusi diqqət yetiriblər. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində əməkdaşlığın hər iki ölkənin və bütün regionun uzunmüddətli maraqlarına cavab verdiyi vurğulanıb.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Avqust 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri