Özbəkistan üç il ərzində ABŞ iqtisadiyyatına təxminən 35 milyard dollar sərmayə qoyacaq
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Özbəkistan üç il ərzində məhsul alışı və investisiyalar vasitəsilə Amerika iqtisadiyyatına təxminən 35 milyard dollar sərmayə qoyacaq.
Bu barədə Donald TRamp "Truth Social" sosial media platformasında yazıb.
Tramp Özbəkistan prezidenti Şavkat Mirziyoyevə minnətdarlığını bildirib və ABŞ-nin bu ölkə ilə uzun və məhsuldar əlaqələrə sadiq olduğuna əmin edib:
"Birləşmiş Ştatlar və Özbəkistan arasında inanılmaz ticarət və iqtisadi sazişi elan etməkdən məmnunam. Növbəti üç il ərzində Özbəkistan Amerikanın əsas sənaye sahələrinə, o cümlədən əsas faydalı qazıntılar, aviasiya, avtomobil hissələri istehsalı, infrastruktur, kənd təsərrüfatı, enerji, kimya, informasiya texnologiyaları və digər sahələrə təxminən 35 milyard dollar, növbəti on il ərzində isə 100 milyard dollardan çox sərmayə qoyacaq".
Amerika prezidenti bundan əvvəl Ağ Evdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilə görüşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 07 Noyabr 2025 08:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















