Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Özbəkistan üçün tarixi məqam

Özbəkistan üçün tarixi məqam

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Daşkənd sakinləri milli komandanın futbol üzrə dünya çempionatında matçları ilə bağlı gözləntilərini bölüşüblər

Daşkənd, 18 iyun, AZƏRTAC

Özbəkistan milli komandasının futbol üzrə dünya çempionatında iştirakı son günlərdə ölkədə ən çox müzakirə olunan hadisələrdən birinə çevrilib. Özbəkistan yığması tarixdə ilk dəfə olaraq bu mötəbər turnirdə yarışır və bu fakt stadionlardan kənarda milyonlarla azarkeşi birləşdirib.

AZƏRTAC-ın müxbiri Daşkənd sakinləri ilə söhbət edərək özbəklərin bu əlamətdar turniri hansı hisslərlə qeyd etdiklərini, milli komandadan nə gözlədiklərini və Azərbaycandan olan azarkeşlərə hansı mesajları çatdırmaq istədiklərini öyrənib.

Paytaxtdakı otelin işçisi Mirabos Mirmahmudov üçün bu dünya çempionatı xüsusi maraqla izlədiyi ilk turnirdir.

O deyir ki, futbol əvvəllər onun həyatında əhəmiyyətli rol oynamayıb, lakin Özbəkistan milli komandasının iştirakı oyuna baxışını tamamilə dəyişib.

“Son nəticənin əhəmiyyəti yoxdur. Əsas odur ki, oğlanlarımız ölkəni dünya səhnəsində ləyaqətlə təmsil etsinlər”, - deyə o, əlavə edib və hər matçı izləyəcəyini, milli komandanın uğuruna tam inandığını əlavə edib.

Digər sakin – Əlişir də bu mövzuda eyni dərəcədə emosional idi və etiraf edib ki, Özbəkistan milli komandasının dünya çempionatında iştirakı milyonlarla ölkə sakini üçün çoxdankı arzusunun gerçəkləşməsi deməkdir. O qeyd edib: “Futbolçularımızı dünya çempionatında görmək çox xoşdur. Xalqımız bu günü çoxdan gözləyib və nəhayət ki, buna nail olundu. Bu gün oyunları izləyə, komandamıza azarkeşlik edə və ölkəmiz üçün əsl qürur hissi keçirə bilərik. Bu, həqiqətən inanılmaz hissdir”.

Müsahibimizin sözlərinə görə, o, bütün qrup mərhələsi oyunlarını mütləq izləyəcək və milli komandaya azarkeşlik edəcək.

“Biz həqiqətən də uğurlu çıxışa ümid edirik. Özbəkistanı pley-offda mübarizə aparmağa davam edəcək komandalar arasında görmək istərdik. Oyunçularımızın böyük potensialı var və onlar dünyasəviyyəli matç oynaya bilirlər”, - deyə Əlişir qeyd edib.

O, Azərbaycandan olan azarkeşlərə müraciət edərək iki xalq arasındakı xüsusi yaxınlığı vurğulayıb: “Azərbaycanlılar bizim qardaşlarımızdır. Əminəm ki, onlar da komandamıza azarkeşlik edirlər. Bu gün bütün Mərkəzi Asiya Özbəkistanı dəstəkləyir. Bunu hiss etmək çox xoşdur”.

Qazaxıstanın Aktau şəhərindən gələn Andrey də Özbəkistan milli komandasına dəstəyini ifadə edib: “Mütləq Özbəkistana azarkeşlik edəcəyik. Bu, bizim qonşumuz və qardaş xalqımızdır. Azərbaycana – Xəzər sahilində dostlarımıza da salamlarımı göndərmək istəyirəm”.

Özbəkistan Dart Federasiyasının prezidenti Mirşot Şakirov bildirib ki, milli komandanın dünya çempionatına vəsiqə qazanması artıq regional tədbirə çevrilib. Onun sözlərinə görə, Qazaxıstan və Qırğızıstana son səfərləri zamanı dəfələrlə Özbəkistan komandasına səmimi dəstəyin şahidi olub.

“Bu, qürur hissi və böyük məsuliyyətdir. Görürük ki, insanlar təkcə Özbəkistanda deyil, bütün Mərkəzi Asiyada bizə azarkeşlik edirlər. İdman bu gün insanları həqiqətən birləşdirir”, - deyə federasiya rəhbəri vurğulayıb.

Bununla belə, o, heç bir riyazi hesablamanın futbol matçlarının nəticəsini proqnozlaşdıra bilməyəcəyinə əmindir: “Tarixdə çoxlu sensasiya olduğunu bilirik. İdmançılarımıza və möcüzə baş verəcəyinə inanırıq”.

Jurnalist Fatima Şərifova da öz fikirlərini bölüşərək qeyd edib ki, Özbəkistan komandasının dünya çempionatında iştirakı milli arzunun gerçəkləşməsinin rəmzidir. Onun sözlərinə görə, idman millətlər arasında sülh və qarşılıqlı anlaşma üçün həmişə bir vasitə olub. “Sadəcə dünya çempionatında iştirak etmək də böyük bir qələbədir. Bu, insanlara ilham verən və arzuların gerçəkləşdiyini göstərən tədbirdir”, - deyə jurnalist bildirib.

Sorğunun bütün iştirakçıları Özbəkistan və Azərbaycan arasındakı qardaşlıq münasibətlərindən də danışıblar.

M. Şakirov Özbəkistan komandasına dəstəklərinə görə Azərbaycan azarkeşlərinə minnətdarlığını bildirib və qeyd edib ki, özbək xalqı da bütün Azərbaycanın bütün uğurlarını ardıcıl olaraq dəstəkləyir.

F. Şərifova isə vurğulayıb ki, Azərbaycan xalqı həmişə Özbəkistanın yanında olub və buna görə də bu gün iki ölkənin azarkeşləri bir-birini səmimi şəkildə dəstəkləyirlər.

Daşkənd sakinləri 2027-ci ildə Azərbaycan və Özbəkistanın ev sahibliyi edəcəyi 20 yaşadək futbolçular arasında dünya çempionatına xüsusi diqqət yetiriblər. Respondentlərin əksəriyyəti belə bir turnirə ev sahibliyi etməyi hər iki ölkə üçün böyük nailiyyət hesab edir ki, bu da onların fikrincə, regionun idman potensialını dünyaya nümayiş etdirəcək, turistləri cəlb edəcək və xalqlar arasında dostluğu daha da möhkəmləndirəcək.

Müəllif – Tamilla Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2026 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see645

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see452

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see319

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see316

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see314

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see301

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see288

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see266

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see256

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see239

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see234

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see223

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see222

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see220

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see218

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see201

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see195

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see192

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see187

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri