Icma.az
close
up
RU
Özbəkistan AES tikintisi üçün hazırlıqlara başlayı

Özbəkistan AES tikintisi üçün hazırlıqlara başlayı

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Özbəkistan ölkənin ilk atom elektrik stansiyasının tikintisi üçün mühüm bir mərhələyə qədəm qoyaraq Cizzəx vilayətində ictimai dinləmələrə start verib.

Tuzkan gölünün sahilində yerləşən Boğdon yaşayış məntəqəsində keçirilən ilk görüşdə layihənin ekoloji təsirlərindən tutmuş, beynəlxalq sanksiyaların mümkün nəticələrinə qədər bir çox məsələ müzakirə olunub.

"Cebheinfo.az" xəbər verir ki, “Uzatom” və “Rosatom” nümayəndələri yerli sakinlərin suallarını cavablandıraraq təkcə ekoloji riskləri deyil, həm də Rusiya dövlət şirkətinə tətbiq olunan beynəlxalq sanksiyalar fonunda bu irimiqyaslı layihənin davamlılığını da izah ediblər.

Özbəkistan Nüvə Fizikası İnstitutunun məlumatına görə, gələcək atom elektrik stansiyasında fövqəladə hadisə ehtimalı 1%-dən azdır.Stansiya iki ədəd 1000 MVt gücündə VVER-1000 reaktoru və iki ədəd 55 MVt gücündə kiçik modullu reaktordan ibarət olacaq.

Ümumi 2110 MVt gücə malik stansiyanın ildə 16–17 milyard kVt/saat elektrik enerjisi istehsal edəcəyi və ölkənin enerji tələbatının 12–15%-ni qarşılayacağı gözlənilir.Maliyyət və vaxt qrafiki: Layihənin dəyəri 1 milyard ABŞ dolları olaraq açıqlanıb. 

Hazırda inşaatın ilkin mərhələsi (infrastruktur və təməl işləri) davam edir. Əsas binanın ilk beton tökmə mərhələsinin 2026-cı ilin yazında həyata keçirilməsi planlaşdırılır.
İstismar müddəti: Stansiyanın 60 il fəaliyyət göstərəcəyi proqnozlaşdırılır.

İctimai dinləmələrin əsas mövzusu əhalinin təhlükəsizlik və ətraf mühitə təsirlərlə bağlı narahatlıqları olub. Rəsmilər bu narahatlıqları aradan qaldırmaq üçün ətraflı izahatlar veriblər:

Risk səviyyəsi: Özbəkistan Nüvə Fizikası İnstitutunun direktoru İlham Sadıqov bildirib ki, müasir reaktorlarda qəza ehtimalı 1%-dən aşağıdır və bu, gündəlik həyatda qarşılaşılan bir çox riskdən daha aşağı səviyyədədir.

Beynəlxalq standartlar: “Uzatom” agentliyinin rəhbəri Azim Əhmədhacayev layihənin Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) standartlarına tam uyğun şəkildə və daimi nəzarət altında həyata keçiriləcəyini vurğulayıb.

Zəlzələ riski: “Rosatom”un podratçısı “Atomstroyeksport” şirkətinin layihə rəhbəri Pavel Bezrukov qeyd edib ki, şirkət Özbəkistandan daha aktiv seysmik zonalarda belə atom stansiyaları inşa edib və bu təcrübə bu layihədə də tətbiq olunacaq.

Tullantıların idarə olunması: İstifadə olunmuş nüvə yanacağı və radioaktiv tullantıların zərərsizləşdirilməsi üçün Macarıstan, Yaponiya, Çin, İtaliya və Fransanın qabaqcıl şirkətlərinin təcrübəsindən istifadə ediləcək.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Yanvar 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri