Icma.az
close
up
RU
Özbəkistan uran hasil edəcək

Özbəkistan uran hasil edəcək

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


geologiya sahəsində islahatları davam etdirən Özbəkistan Monqolustanla yeni birgə layihələrin həyata keçirilməsi ilə bağlı danışıqlara başlayıb.
Özbəkistanın Xarici Geologiya Şirkətinin baş direktoru Hayitboy Omonov və Navoiyuran Dövlət Müəssisəsi nəzdində fəaliyyət göstərən Uran və Nadir Metalların Geologiyası Elmi Mərkəzinin təsisçisi Hüsniddin Olovov MonAtom şirkətinin Monqolustanda yerləşən nümayəndələri ilə danışıqlar apardıqları vurğulanır.
Hayitboy Omonov qeyd edib ki, Özbəkistan geologiya sahəsində ardıcıl islahatlar həyata keçirir.
"Uran və nadir metalların hasilatı sahəsində əməkdaşlıq hər iki tərəfə iqtisadi səmərə verir. Bizim üçün ən vacib istiqamət müasir texnologiyalar əsasında geoloji kəşfiyyat işləri aparmaq, mineral ehtiyatların səmərəli və ekoloji cəhətdən təhlükəsiz işlənməsi üçün zəmin yaratmaqdır. Monqolustanda layihədə iştirak bizə təcrübə mübadiləsi aparmağa və elmi əməkdaşlıq potensialımızı artırmağa imkan verəcək. Bu tərəfdaşlıq həm də regional iqtisadi inkişafa mühüm töhfə verəcək".
Yekun razılaşmalarda həmçinin qeyd olunur ki, iştirakçılar geoloji məlumatların və hesabatların mübadiləsi, onların dərindən öyrənilməsi və müvafiq nəticələrin çıxarılması üçün mərhələli plan hazırlayıblar.
Bu ilin avqustunda tərəflər Monqolustanın cənubundakı Dornqov bölgəsinə səfər ediblər. Orada onlar perspektivli Nars uran yatağında son illərdə aparılan geoloji-kəşfiyyat işlərinin nəticələri ilə tanış olublar. Sahənin geoloji strukturu da öyrənilmiş və geoloji qiymətləndirmə işlərinə başlamaq üçün zəruri olan infrastruktur obyektlərinin mövcud vəziyyəti qiymətləndirilmişdir.
Xatırlayırıq ki, 2025-ci ilin iyununda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Monqolustana səfəri zamanı iki ölkədə xammal yataqlarının birgə işlənməsini təklif etmişdi. Bunun geoloji kəşfiyyat proqramının həyata keçirilməsi, texnologiya transferi, təcrübə mübadiləsi və kadr hazırlığı yolu ilə həyata keçirilməsi planlaşdırılır.
Məlumat üçün: “Uzbek Overseas Geology Company” MMC 2025-ci ildə Özbəkistan hökuməti tərəfindən geoloji tədqiqatların aparılması və xaricdə yataqların işlənməsi məqsədi ilə yaradılıb. Hazırda şirkət Monqolustan və Əfqanıstanda layihələr həyata keçirir. Onun nümayəndəliyi Ulan-Batorda da açılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 Sentyabr 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri