Icma.az
close
up
RU
Özbəkistana vəsiqə ilə gedib istədiyimiz qədər qalacağıq

Özbəkistana vəsiqə ilə gedib istədiyimiz qədər qalacağıq

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan və Özbəkistan parlamentləri arasında 2027–2028-ci illəri əhatə edən “Yol xəritəsi” imzalanıb. Sənəd iki ölkə arasında parlamentlərarası əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməklə yanaşı, müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsinə xidmət edəcək. Bununla paralel, Azərbaycan və Özbəkistan vətəndaşlarının şəxsiyyət vəsiqəsi əsasında qarşılıqlı səfərlərinin təşkili məsələsi də gündəmdədir. Bu təşəbbüsün reallaşması və vizasız gediş-gəliş imkanlarının genişləndirilməsi iki ölkə arasında əlaqələrin yeni mərhələyə yüksəlməsinə şərait yarada bilər. "Yol xəritəsi"nin imzalanmasının vəsiqə ilə gediş-gəliş, eləcə də vizasız qalmaq və işləmək kimi məsələlərin həllinə kömək edib-etməyəcəyi maraq doğurur.

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan - Özbəkistan Parlamentlərararası işçi qrupunun üzvü Cavanşir Feyziyev bildirib ki, Azərbaycan və Özbəkistan parlamentləri arasında imzalanmış “Yol xəritəsi” iki ölkə arasında əlaqələrin bütün səviyyələrdə, o cümlədən parlamentlər səviyyəsində müttəfiqlik xarakteri daşıdığını göstərir:

"Ölkələrimiz arasında parlamentlərarası Forum təsis olunub ki, onun da birinci toplantısı bu il Özbəkistanın Xivə şəhərində keçirilib. Müxtəlif təsisatlar formasında şəbəkələnmiş əlaqələr qarşılıqlı münasibətlərin müttəfiqlik məzmununu zənginləşdirmək məqsədi daşıyır. Parlamentlər arasında müzakirə olunan bütün məsələlər hökümətlər arasında əməkdaşlıq münasibətlərini istiqamətləndirmək və xalqlarımızın birgə maraqlarına uyğun fəaliyyətləri dəstəkləməkdən ibarətdir".

Deputat qeyd edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində birgə fəaliyyət ölkələr arasında insanların sərbəst hərəkətini və maneəsiz mal - əmtəə dövriyyəsini təmin etməklə vahid iqtsadi - mədəni məkanın formalaşmasına xidmət edir:

"Bu öz-özlüyündə çox geniş və uzun zaman tələb edən bir transformasiyadır. Buna nail olmaq üçün ilk növbədə xalqlar arasında mədəni - humanitar əlaqələrin tam sərbəstləşdirilməsinə və eyni zamanda iqtisadi - ticari əlaqələrin maksimum dərəcədə liberallaşdırılmasına ehtiyac var. Azərbaycan və Özbəkistan arasındakı mövcud əlaqələrin məhz bu prinsiplər əsasında inkişaf etdirilməsi hər iki xalqın arzuladığı gələcək birgəyaşayış mühitinin formalaşdırılmasına yönəlib. Qarşılıqlı rəsmi səfərlər, müzakirə olunan əməkdaşlıq formatları, hər iki ölkənin hökümətləri tərəfindən icraya yönəldilən təşəbbüslər onu göstərir ki, dövlətlərimiz xalqdan gələn təşəbbüsləri dəstəkləyir və bu istiqamətdə əməli addımlar atılır".

C.Feyziyev vurğulayıb ki, vizasız gediş - gəliş, istənilən müddət ərzində ölkə ərazisində qalmaq və işləmək icazələrinin sadələşdirilməsi ölkələr arasında müttəfiqlik münasibətlərinin ruhundan irəli gəlir.

"Ona görə də heç şübhə etmirəm ki, bu məsələlər yaxın gələcəkdə öz həllini tapacaq", - deyə deputat vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Noyabr 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see461

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see395

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see370

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see367

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see325

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see324

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see321

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see317

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see304

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see293

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see288

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see278

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see276

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see267

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see265

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see261

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see260

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri