Icma.az
close
up
RU
Bakı şəhərində hər bir həyət yaşıllıq mənbəyinə çevrilməlidir EKOLOQ DANIŞDI

Bakı şəhərində hər bir həyət yaşıllıq mənbəyinə çevrilməlidir EKOLOQ DANIŞDI

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bəzi bitkiçilik və tinglik təsərrüfatları, eləcə də bu sahələrin bir çoxu artıq şəhərdə fəaliyyətini dayandırıb. 6-cı mikrorayonda da rəhmətlik akademik Həsən Əliyevin - Azərbaycanın ən tanınmış ekoloqlarından, ekologiya elminin banilərindən birinin yaratdığı Təbiət Muzeyi var idi. Orada təxminən beş-altı, bəlkə də on hektara yaxın ərazi mövcud idi. Bu ərazidə həm tikililərin inşası, həm də nadir ağac növlərinin əkilməsi nəzərdə tutulurdu. Söhbət, eyni zamanda, praktiki fəaliyyətdən gedirdi. Bura Təbiət Muzeyi adlanırdı. Bu adın verilməsi təsadüfi deyildi. Çünki burada Azərbaycan təbiətinin həm faunasının, həm də florasının, yəni bitki və heyvanat aləminin nadir nümunələri qorunub saxlanılırdı. Ağaclardan və bitkilərdən tutmuş birillik bitkilərə, eləcə də nadir ağac növlərinə qədər müxtəlif nümunələr mövcud idi".

Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, heyvanat aləminə aid nümunələr də burada qorunurdu. Qırmızı kitaba daxil edilmiş heyvanlardan, sürünənlərdən tutmuş cütdırnaqlı heyvanlara qədər müxtəlif növlər, quşlar, balıqlar və suda-quruda yaşayanlar burada təmsil olunurdu. Söhbət Azərbaycan ərazisindəki nadir flora və fauna nümunələrinin qorunub saxlanılmasından gedirdi:

"Bu nümunələr həmin ərazidə yerləşdirilirdi ki, rəhmətliyin öz sözləri ilə desək, qonaqlar gələndə onları görmək üçün uzaq bölgələrə səfər etməyə ehtiyac qalmasın. Məsələn, Eldar şamını görmək üçün Naxçıvana, şabalıd və palıd kimi nadir ağac növlərini görmək üçün Lənkərana, ceyran, cüyür və quşları görmək üçün Şirvan qoruğuna və ya Salyana, balıqları görmək üçün isə Neft Daşlarına və digər ərazilərə getmək zərurəti yaranmasın. Beləliklə, burada çox gözəl bir təbiət guşəsi yaradılmışdı.

Eyni zamanda, geniş ərazidə tikililər və tingliklər mövcud idi. Burada müxtəlif ağac növləri yetişdirilir, heyvanat aləminin yaşaması üçün hər növə məxsus ayrıca ərazi ayrılırdı. Su heyvanları, ceyran və cüyürlər üçün fərqli sahələr yaradılmışdı. Nəhəng ərazidə ekoloji baxımdan və hər cəhətdən olduqca zəngin təbiət nümunəsi formalaşdırılmışdı.

Təəssüf ki, həmin ərazi hazırda yararsız vəziyyətə salınıb, parçalanıb, bölüşdürülüb və zəbt olunub. Aspirant olduğumuz dövrdə tez-tez ziyarət etdiyimiz həmin gözəl məkanın sonu belə oldu. Hazırda bu ərazi şəhər icra hakimiyyətinin sərəncamındadır. Bu barədə bir neçə dəfə efirdə danışsam da, hələlik nəticə əldə olunmayıb. Bütün bunların mahiyyəti ondan ibarətdir ki, özümüzün yaratdığımız müsbət nümunələri məhv edirik.

Belə davam edərsə, Bakı şəhərində tinglik təsərrüfatlarını harada yaradacağıq? Azərbaycan əhalisinin ən azı 40-50 faizi, bəlkə də 60-70 faizi burada, təxminən altı milyona yaxın insan şəhərdə yaşayır. Burada yeni tikililər inşa olunur, yaşıllıqlar məhv edilir, torpaq sahələri tikinti məqsədilə istifadə olunur. Şəhərdə tinglik yaratmaq, yetişdirilməsi çətin olan nadir ağac növlərini artırmaq və onların nümunələrini nümayiş etdirmək üçün demək olar ki, ərazi qalmayıb.

Təbii bitkilərin bərpasına gəlincə, ağacların mühafizəsi ilə meşə təsərrüfatı idarələri və meşəbəyliklər məşğul olur. Bu qurumların fəaliyyəti lazımi səviyyədə təşkil edilsə və mühafizə tədbirləri gücləndirilsə, bitkilər öz toxumlarını yayacaq, meşələr isə tədricən bərpa olunacaq. Bu, aydın məsələdir.

Lakin burada başqa bir problem də mövcuddur. Təsadüfi deyil ki, tədqiqatlarımız çərçivəsində Böyük Qafqazın cənub yamacında, Balakəndən Şamaxıya qədər uzanan meşə zonasını, həmçinin sürüşmə proseslərini öyrənirik. Meşə sürüşmələrinə aid fotoşəkillər də təqdim edə bilərəm. Bu ərazilərdə meşələrin bəzi sahələri qırılır. Qışda, soyuq havada qaz təchizatı olmayan evlərdə yaşayan insanları qınamaq çətindir. Çünki belə hallarda qiymətli ağaclar yanacaq məqsədilə kəsilir. Digər tərəfdən, bəzi ağacların həqiqətən də kəsilərək ərazidən çıxarılması zəruridir. Xəstə, yaşı ötmüş, bioloji baxımdan ömrünü başa vurmuş ağaclar mütləq kəsilməlidir. Çünki onlar zərərverici həşəratların məskəninə çevrilir, həşəratlar burada qidalanaraq kütləvi şəkildə yayılır. Bütün bu məsələlərin vahid mərkəzdən idarə olunması vacibdir.

Tingliklərin bir çoxu elə həmin ərazilərdə, əlverişli çay vadilərində, məsələn, Suniçə çayı vadisində yerləşir. Mən Şəkidə Krım şamı və çinardan ibarət meşə görmüşəm. Onun fotoşəklini də təqdim edə bilərəm. Orada bir qadın həyat yoldaşı ilə birlikdə Şəkiyə köçüb və çətinliklə də olsa, yerli hakimiyyətin dəstəyi ilə çoxlu sayda Krım küknarı və şamı gətirərək çay vadisində əkib. Nəticədə olduqca gözəl bir meşə sahəsi yaradılıb.

Azərbaycan əhalisinin 20 faizi bu işlə məşğul olsa, ölkə çiçəklənər. Hətta əhalinin cəmi 5 faizi bu cür fəaliyyətlə məşğul olsa, Azərbaycanda nə tinglik problemi qalar, nə də əlavə yük yaranar. Sadəcə olaraq, bu sahəyə lazımi qayğı göstərilməlidir.

Bu məsələlərin həlli üçün cənab Prezidentin müvafiq göstəriş və sərəncamlarına uyğun olaraq, nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin edən tədbirlər planı hazırlanmalıdır. Yaşıllıq sahələri və meşəliklər insan sağlamlığı, xüsusilə də tənəffüs sistemi üçün son dərəcə vacibdir. Mənim ən böyük arzum Bakı şəhərində yaşayış binalarının və həyətlərin boş sahələrində, qarajların ətrafında yaşıllıq sahələrinin salınmasıdır. Uzunömürlü ağacların və Bakı mühitinə uyğunlaşmış bitkilərin yetişdirilməsi, tingliklərin yaradılması hər bir həyətdə həyata keçirilməlidir.

Bu sahədə kütləvi informasiya vasitələrinin və televiziyanın da böyük rolu var. Hər bir həyət flora, gözəllik və yaşıllıq mənbəyinə çevrilməlidir. Bu istiqamətdə müsbət təcrübəmiz də var. Təxminən 600 nəfərin yaşadığı, hektarlarla ərazini əhatə edən bir yaşayış sahəsində çətinliklə də olsa, icra hakimiyyətinin dəstəyi ilə geniş yaşıllıq sahəsi salmışıq və Avropa standartlarına uyğun həyət yaratmışıq. Məhz bu cür təcrübələri yaymaq və müxtəlif tədbirlər keçirmək lazımdır. Şəhərin ən gözəl, ən yaşıllıqlı və ən nümunəvi həyətləri, eləcə də nadir ağac növlərinin yetişdirildiyi ərazilər müəyyən edilməli, bu nümunələr kütləvi informasiya vasitələrində geniş işıqlandırılmalıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Noyabr 2026 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see461

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see395

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see370

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see367

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see325

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see324

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see321

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see317

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see304

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see293

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see288

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see278

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see276

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see267

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see265

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see261

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see260

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri