Dərslikləri günahlandırmaq ən asan yoldur Müəllif
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Təhsil prosesi müəyyən zəhmət və əziyyət tələb edir. Şagirdlərin öyrənmə zamanı çətinliklə üzləşməsinin səbəbini yalnız dərsliklərdə axtarmaq düzgün yanaşma deyil".
Bakıvaxtı.az xəbər verir ki, bunu fizika və təbiət dərsliklərinin həmmüəllifi Yalçın İslamzadə jurnalistlər üçün təşkil olunan təlim-müzakirə sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, eyni müəllimdən dərs alan, eyni dərslikdən istifadə edən uşaqların öyrənmə nəticələri fərqli ola bilər:
"Bu, hər bir insanın beyninin quruluşu, təfəkkür tərzi və öyrənmə xüsusiyyətləri ilə bağlıdır".
Y.İslamzadə bildirib ki, yeni məlumatların mənimsənilməsi və öyrənmə prosesi müəyyən çətinliklərlə müşayiət olunur. Bu çətinliklərə alışan, öyrənməyi vərdişə çevirən və öz istedadı üzərində çalışan şəxslər daha yaxşı nəticələr əldə edə bilirlər.
O qeyd edib ki, valideynlər bəzən övladlarının öyrənmə prosesində çəkdiyi çətinliyi nəzərə alaraq problemin səbəbini müəllimdə, məktəbdə və ya dərslikdə axtarırlar. Müəllimlər də qarşılaşdıqları tənqidlərə cavab olaraq dərslikləri səbəb kimi göstərə bilirlər.
Y.İslamzadənin sözlərinə görə, dərsliklərin hazırlanması mürəkkəb və çoxmərhələli prosesdir. Bu prosesi film çəkilişi ilə müqayisə edən həmmüəllif bildirib ki, dərsliyin ərsəyə gəlməsində müəlliflərlə yanaşı, konsepsiya rəhbərləri, dizaynerlər, rəssamlar və digər mütəxəssislər iştirak edirlər.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 26 Noyabr 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















