Icma.az
close
up
RU
Özbəkistanda Azərbaycan ocağının açılması barədə razılıq əldə edildi FOTO

Özbəkistanda Azərbaycan ocağının açılması barədə razılıq əldə edildi FOTO

Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Özbəkistanda Azərbaycan ocağının açılması barədə razılıq əldə edildi – FOTO

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Yunus Rəcəbi adına Özbəkistan milli musiqi və icra sənəti İnstitutunun rektoru Eldor Shermanov arasında görüş keçirilib.

Rəhbərlik etdiyi ali təhsil müəssisəsindən danışan rektor qeyd edib ki, musiqi və icra sənəti İnstitutu ənənəvi milli musiqi sənəti növlərinin “makom” (muğam), “baxşi” və “katta aşula” ifası sahəsində kadrlar hazırlayır. İki ölkə arasında əlaqələrdən danışan Eldor Şermanov bildirib ki, hələ XX əsrin əvvəllərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Koroğlu”, “Leyli və Məcnun” operaları, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları özbək tamaşaçısının qəlbini fəth edib və Özbəkistanın musiqi – səhnə, konsert-ifaçılıq repertuarı və tədris-pedaqoji təcrübəsinin ayrılmaz hissəsinə çevrilən ilk musiqili-dramatik, opera tamaşalarının yaranmasına böyük təsir göstərib.

Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli özbək dinləyicisinə mənəvi cəhətdən yaxın olan Azərbaycan musiqisinin Özbəkistan mədəniyyətində həmişə mühüm yer tutduğunu qeyd edərək, 1997-ci ildən Özbəkistanda keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycanın üç dəfə Qran-pri və digər yüksək mükafatlara layiq görülərək öz musiqi sənətini uğurla təqdim etdiyini vurğulayıb. Diplomat həmçinin qeyd edib ki, Türk dünyası ailəsinin iki üzvü olan Azərbaycan və Özbəkistan arasında tarixən sıx mədəni və ədəbi əlaqələr mövcud olub, dövlət başçıları cənab Prezident İlham Əliyev və Şavkat Mirziyoyev mədəni-humanitar sahədə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirirlər. Hər iki xalq bir-birinin mədəniyyətindən və ədəbiyyatından zaman-zaman bəhrələnir ki, bu da ortaq türk musiqisinin daha da zənginləşməsi üçün zəmin yaradır.

Görüşün sonunda Özbəkistanda Azərbaycan musiqi sənətinə xüsusi marağı nəzərə alaraq, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Yunus Rəcəbi adına Özbəkistan milli musiqi və icra sənəti İnstitutunda Azərbaycan ocağının açılması barədə razılıq əldə edilib.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 27 Yanvar 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri