Icma.az
close
up
RU
Özbəkistanda MDB ölkələrində sosial müdafiənin təşkili məsələləri müzakirə olundu Fotolar

Özbəkistanda MDB ölkələrində sosial müdafiənin təşkili məsələləri müzakirə olundu Fotolar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Özbəkistanın Daşkənd şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının 38-ci iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclasda ölkəmizi əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev təmsil ediblər.

Rəşad Mustafayev iclasda çıxış edərək, son illər Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar və əldə olunan uğurlar barədə məlumat verib. O, ölkəmizdə əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə ciddi artımlara nail olunduğunu, sosial müdafiə sisteminin gücləndirilməsi, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində atılan addımları qeyd edib. Əmək, məşğulluq və sosial müdafiə sahələrində xidmətlərin rəqəmsallaşdırılması, o cümlədən proaktiv xidmətlərin yaradılması istiqamətində son illər əldə edilən mühüm nailiyyətləri diqqətə çatdırıb.

Nazir müavini həmçinin “Əmək münasibətlərində rəqəmsal transformasiyanın tətbiqi” mövzusunda təqdimatla çıxış edib. Azərbaycanda əmək və məşğulluq sahələrində yaradılmış elektron xidmətlər, 2022-ci ildə istifadəyə verilən, vahid  əmək münasibətləri platforması olan və rəqəmsal kadr uçotu sisteminə keçidi təmin edən “Əmək və Məşğulluq” altsisteminin üstünlükləri barədə məlumat verilib. Bu platforma üzərindən əmək müqavilələrinin elektronlaşdırıldığı diqqətə çatdırılıb.

Ölkəmizdə sosial sahədə tətbiq edilən rəqəmsal həllər iclas iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və müsbət qiymətləndirilib.

Qeyd edək ki, MDB çərçivəsində əmək və sosial müdafiə sahəsində aparılan təcrübə mübadilələri bu sahədə əməkdaşlığın genişlənməsinə, eləcə də ortaq çağırışlara birgə və dayanıqlı həllərin formalaşdırılmasına töhfə verir.




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see371

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see260

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see189

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see183

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see174

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see164

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see160

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see148

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri