Icma.az
close
up
RU
Özbəkistanın aparıcı ali təhsil ocağında Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə auditoriya açılıb

Özbəkistanın aparıcı ali təhsil ocağında Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə auditoriya açılıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 17 sentyabr, AZƏRTAC

Özbəkistandakı səfirliyimizin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənd şəhərindəki Yunis Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutunda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə Azərbaycan Milli Musiqisi auditoriyası yaradılıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, açılışda çıxış edən sözügedən ali təhsil ocağının rektoru professor Eldar Şermanov dahi bəstəkarın yaradıcılığından söz açaraq onun özbək musiqisinin inkişafına vermiş olduğu töhfələri qeyd edib. Azərbaycan musiqisinə Özbəkistanda böyük marağın olduğunu bildirən rektor belə bir mərkəzin məhz onun rəhbərlik etdiyi ali təhsil ocağında açılmasının özbək milli musiqisi tarixində əlamətdar bir hadisə olmasını və bununla da iki qardaş xalq arasındakı mədəni əlaqələrdə, ələlxüsus da musiqi tədrisi sahəsində yeni mərhələnin başlanğıcı olduğunu bildirib.

Azərbaycanın Özbəkistandakı səfirliyinin müşavir-elçisi Fariz Məmmədov Üzeyir Hacıbəylinin yaradıcılığına dövlət tərəfindən böyük diqqətin olduğunu bildirərək Prezident İlham Əliyevin dahi bəstəkarın anadan olmasının 140 illik yubileyinin geniş miqyasda qeyd edilməsi məqsədilə Sərəncam imzalandığını diqqətə çatdırıb.

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Azərbaycan Ü.Hacıbəylinin yaradıcılığının sözügedən mərkəz tərəfindən hər zaman diqqətdə saxlandığını, onun yaradıcılığının Özbəkistanda geniş şəkildə qeyd edildiyini, dahi bəstəkarın anadan olduğu gündə – 18 sentyabrda hər il böyük konsertlərin keçirildiyini vurğulayıb.

Sözügedən tədbirin də böyük bəstəkarın mədəni irsinin təbliği sahəsində atılmış növbəti bir addım olduğunu bildirən A.Marifli, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən cari ildə dahi bəstəkara həsr olunmuş artıq üç konsertin təşkil edildiyini və onun “Azərbaycan xalq musiqisinin əsaları” kitabının da özbək dilinə tərcümə olunaraq nəşr edildiyini bildirib.

Açılış tədbirində Yunis Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutunun tələbələrinin ifasında Azərbaycan musiqi əsərləri səsləndirilib.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış auditoriyada Azərbaycanın dövlətçilik atributları, milli mədəniyyətimizi əks etdirən suvenirlər, kiçik maketlər, tikmə və toxuculuq işləri yerləşdirilib, ölkəmizin mədəniyyəti, ədəbiyyatı, dili, tarixi, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın həyatı, siyasi, sosial fəaliyyətini əks etdirən nəşrlərdən ibarət kitabxana da yaradılıb. Auditoriyada Ü.Hacıbəylinin həyatı və yaradıcılığına dair məlumat lövhəsi, əyani dərs vəsaitləri, milli musiqimizə aid not topluları, nəşrlər, incəsənət xadimlərimiz, ədəbiyyat nümayəndələrimizin fotoşəkilləri və milli musiqi alətlərimiz də yer alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Sentyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see312

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see274

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see241

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see226

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see166

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see160

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri