Icma.az
close
up
RU
Özbəkistanın izi ilə FOTOLAR

Özbəkistanın izi ilə FOTOLAR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zaman təsadüflərdə ilişib qalmır. Sadəcə insan beyninin formalaşdıra bilmədiyi planları reallığa çevirir.

Bu reallıqlar arasında bu gün genişlənməkdə olan Türk ailəsi də var.

Bir qrup media nümayəndəsilə qardaş Özbəkistana səfər etdik. Qayıtdıqdan sonra təəssüratlarımı yazıya çevirmək üçün bir neçə gün gözlədim. Bu arada,  yaddaşım da tam gücü ilə təzələndi. Düşünürəm ki, indi təəssüratlari təqdim etməyin  tam zamanıdır.

Xüsusən də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərindən sonra...

İstiliyin gətirdiyi doğmalıq

Paytaxt Daşkənd bütün mənalarda bizi isti qarşıladı. Havanın temperaturunun 40 dərəcəyə yaxın olmasına baxmayaraq, əbədi dostluq və qardaşlığın gətirdiyi istilik birliyimizin rəmzini nümayiş etdirirdi. 

Siyasi platformalarda möhkəmlənən güc birliyi, xalqların gözlərində və dodaqlarinda aydın görünür. İstiliyin doğmalığın bir forması da budur. Məhz buna görə də mənim üçün bu səfərin ən böyük təəssüratı insanlarla bağlı  idi.

Bizi birləşdirən dəyərləri bir arada görmək o qədər xoşdur ki...

Yanılmıramsa, son illərdə Avropanın soyuqluğunu həm də insanların simasında görmək olur. Bu da bizə xoşbəxtliyimizi daha dərindən hiss və şükr etməyə imkan verir. Çünki Avropadan fərqli olaraq Mərkəzi Asiya  ilə münasibətlərdə bir doğmalıq var. Bəlkə də bunun adı eyni tarix, eyni dil və eyni yaddaşdır.

Sənin dilinə yaxın bir dildə danışırlar. Küçədə, mağazada, restoranda.... Məkanın fərqi yoxdur. Eşitdiyin sözlərin çoxu sənə yad gəlmir. Qarşına çıxan yazı lövhələrini oxuyanda da qəribə bir hiss keçirirsən. Başqa ölkədəsən, amma gördüklərinin bir hissəsini öz dilində oxuya və anlaya bilirsən.

Bunun adı həm də doğmalıq hissidir.

Bəzən insan qarşısındakının ona münasibətini kəlmə kəsmədən öncə hiss edir. Soyuq münasibət saxta gülüş, yalançı  baxış... Sözsüz də anlamaq olur.

Uzun sözün qısası, qardaş Özbəkistanda səmimiyyətin süni olmadığını hiss etdik.

Bu əsnada, düşünürəm ki, Ortaq türk əlifbasına mütləq ehtiyac var.

2020-ci il tarixi Zəfərimizdən sonra Türk dünyasının qarşısında açılan imkanları yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşdırmaq olmaz. Bizim bir-birimizi daha asan anlamamız üçün dil və əlifba məsələsi də mühüm addımlardan biridir.

Əgər sənin dilində danışıramsa, məni anlayırsansa, sözlərimiz bir-birinə yaxındırsa, niyə bunu daha da möhkəmləndirməyək?

Niyə ortaq əlifba bizi bir-birimizə daha da yaxınlaşdırmasın? Ümid edirəm ki, ortaq türk əlifbası ilə bağlı istəklərimizin gerçəkləşməsi uzaqda deyil.


Daşkənd qatarında Qarabağ sevgisi

Səfərimizin növbəti günlərinin birində Daşkənddən Səmərqəndə sürət qatarı ilə getdik.

Pəncərənin o tərəfində  dəyişən sadəcə mənzərə idi. Qatarın sürəti artdıqca şəhər arxada qalır, düzənliklər, kəndlər, yollar görünürdü.

Qatarda sanki Azərbaycan Özbəkistan arasındakı məsafə də azalırdı.

Və əlbəttə ki, məsafənin azalmasında yenə də qardaşlıq amili rol oynayır. Söhbət əsnasında qatar bələdçisi gəldiyimiz ünvanı soruşdu. “Azərbaycandan gəlmişik”, - dedik. Cavab isə möhtəşəm oldu. ""Qarabağ".... "Qarabağ" çox yaxşı oynayır. "Qarabağ"ın azarkeşiyəm”.

 Onun gözləri gülürdü, mənim isə nitqim quruyurdu. İkimizi də sevgi və qardaşlıq birləşdirirdi.

Qardaşlığın daha bir nümunəsini qatardan düşəndə yaşadıq. Özbəkistan milli musiqi ansamblı "biz mehriban ailəyik" ifa edirdi.

Budur doğmalıq. Özbək qardaşlarimiz "biz mehriban ailəyik" musiqisi  ilə  həm də güc və birlik  mesajı verirdilər.

Səmərqənd...dini dəyərlərimiz

Eyni tarix, eyni dil eyni ənənə.... Səmərqənddə İmam Əli Buxarinin mədrəsəsini ziyarət etdik. Məzarı olan guşədə Quran oxunurdu. Özbəkistanla Azərbaycani həm də dini dəyərlər birləşdirir axı.

Bizi birləşdirən dini dəyərlərimizə hörmət əlaməti olaraq müqəddəs Quran ayələrindən hissələri dinlədik.

Quran sədaları altında ruhumuz da dincəlirdi.

Bir sözlə, hər daşı tarix olan bu torpaqlarda türk gücü dalğalanır.


Qarabağ artıq vizit kartımıza çevrilib

Müşahidələrimə söykənib bir haşiyə çıxmaq istəyirəm.

Uzun illər xaricdə ölkəmizi  daha çox Bakı ilə tanıyıblar. Bakı hər zaman Azərbaycanın vizit kartı olub. Heç şübhəsiz ki, bu, bu gün də belədir. İndi isə bu tanınma xəritəsinə Qarabağ da əlavə olunub.

Qarabağ artıq yalnız bir coğrafiyanın adı deyil.

O, Azərbaycanın tarixinin, mübarizəsinin, Zəfərinin və bu gününün simvollarından biridir.

Və ən maraqlısı odur ki, bu ad artıq yalnız siyasi kluarlarda səslənmir.

Artıq səfər etdiyimiz ölkələrdə insanların dilində səslənir.

Növbəti dəfə Qarabağın adını eşitdim. Səmərqənddən Daşkəndə qayıdanda.... Daşkənd küçələrində çəkiliş apardığımızı görüb xoş təbəssümlə bizə yaxınlaşan özbək qardaşımız hardan gəldiyimizi xəbər aldı. “Azərbaycan” deyəndə, “oooo azad Qarabağ” kəlməsi ruhumuzu isitdi.

Açığı, mənim üçün Özbəkistanda bunun xüsusi mənası vardı.

Bir xalqın yaşadığı ağrı başqa bir xalqın yaddaşında da iz buraxa bilirmiş.

Bir xalqın Zəfəri başqa bir xalqda da sevinc yarada bilirmiş

Qarabağın adı çəkiləndə bunu hiss etməmək qeyri-mümkündür.

Ağrının sevincə doğru addımladığı qardaşlıq.

Üstəlik, bər-bəzəksiz.

Təbii şəkildə.

Və sonda bizi birləşdirən Türk ailəsidir. Bu ailənin ən gözəl tərəfi də odur ki, Azərbaycan və Özbəkistan xalqları bir-birini uzaqdan tanımır. Biz həm də bir-birimizi yaddaşımızdan tanıyırıq.

Prezident İlham Əliyev 2024-cü il iyulun 6-da TDT-nin dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı demişdi. “XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”. İşartılar göz önündədir.

Zaman isə bütün mənalarda Türk dünyasının xeyrinə işləyir




Namidə Bingöl,
Real TV-nin aparıcısı
Bakı-Daşkənd-Səmərqənd-Bakı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Avqust 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri