Icma.az
close
up
RU
Özbəkistanın nazir müavini: Azərbaycan Mərkəzi Asiya və Çinin energetika planlarında mühüm rola malikdir

Özbəkistanın nazir müavini: Azərbaycan Mərkəzi Asiya və Çinin energetika planlarında mühüm rola malikdir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycan Mərkəzi-Asiya ölkələri və Çinin energetika planlarında mühüm rola malikdir. AZƏRTAC “Gazeta.uz” elektron nəşrinə istinadla xəbər verir ki, bu fikri Özbəkistanın energetika nazirinin müavini Ümid Mamadaminov “Özbəkistan 24” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə Özbəkistan, Qazaxıstan və Azərbaycan yaşıl enerji dəhlizi layihəsinə dair Memorandum və Protokol imzalayıblar. Nazir müavini əlavə edib: “Azərbaycan Mərkəzi Asiya, Qafqaz, Avropa, Xəzər və Qara dənizləri vahid enerji dəhlizinə birləşdirmək üçün Qara dənizin dibi ilə kabel çəkməyi planlaşdırırdı. Ölkələrin ötürücü sistem operatorları layihəni həyata keçirmək üçün birgə müəssisə yaradıblar.

2030-cu ildən başlayaraq Özbəkistan bu vasitə ilə ölkə daxilində hasil edilən artıq yaşıl elektrik enerjisini Avropaya ixrac etməyi planlaşdırır”.

Ümid Mamadaminov qeyd edib ki, hazırda Çin və Mərkəzi Asiya ölkələri vahid elektrik şəbəkəsi layihəsini müzakirə edirlər.

O diqqətə çatdırıb: “Özbəkistan Qazaxıstan və Qırğızıstan üzərindən Çinə transsərhəd elektrik ötürücü xətlərinin çəkilməsi üçün hesablamalara başlayıb. Bu layihə regionun enerji sistemlərini birləşdirmək və mövsümi dalğalanmalar əsasında enerji mübadiləsini təmin etmək məqsədi daşıyır. Özbəkistan Mərkəzi Asiya ölkələri və Çinin enerji sistemlərinin inteqrasiyasını dəstəkləyir”.

Nazir müavini bildirib ki, iyunun 17-də Astanada keçirilən ikinci Mərkəzi Asiya-Çin sammiti zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev regional elektrik şəbəkələrinin sinxronlaşdırılmasını, o cümlədən yüksəkgərginlikli elektrik verilişi xətlərinin tikintisi üzrə genişmiqyaslı layihənin həyata keçirilməsini təklif edib. “İnfrastruktur və energetika bu sammitdə ən aktual mövzulardan biri idi. Prezidentimiz xüsusi olaraq Çini Mərkəzi Asiya ölkələri ilə birləşdirən enerji dəhlizinin yaradılması məsələsini qaldırdı. Bu, həm bizim üçün, həm də Çin üçün çox vacib məsələdir”, -deyə o vurğulayıb”.

Onun sözlərinə görə, Daşkənd artıq Özbəkistan, Qazaxıstan və Qırğızıstan ərazisindən Çinə doğru yüksəkgərginlikli transsərhəd elektrik ötürücü xətlərinin çəkilməsi üçün hesablamalara başlayıb. Bu ölkə daha əvvəl Azərbaycan üzərindən Avropaya doğru analoji yaşıl enerji dəhlizi layihəsinə də start verib.

“Müzakirələrdən sonra tərəflər bərpaolunan enerji mənbələrinin inteqrasiyası, enerji sisteminin dayanıqlığının artırılması və etibarlı idarəetmə sisteminin yaradılması üzrə birgə işləmək barədə razılığa gəliblər”, -deyə nazir müavini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see307

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see136

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see132

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see132

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see131

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri