Mikayıl Cabbarov: Özbəkistanla ticarət dövriyyəsi üç dəfədən çox artıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycan ilə Özbəkistan arasında iqtisadi-ticarət münasibətləri davamlı müsbət dinamika nümayiş etdirir. Bu ilin ilk beş ayında Özbəkistanla ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artaraq 200 milyon dolları ötüb.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən lll Azərbaycan-Özbəkistan regionlararası forumunda deyib.
Nazir qeyd edib ki, ötən il Azərbaycan-Özbəkistan ikitərəfli tərəfdaşlığı üçün mühüm hadisələrlə zəngin olub: “May ayında Quba şəhərində II Regionlararası Forum keçirilib, onun çərçivəsində Füzuli və Gülüstan, Biləsuvar və Tərmiz, Mingəçevir və Namanqan şəhərləri arasında qardaşlaşma sazişləri imzalanıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 20 İyun 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















