Özbəkistanlı alimlər Dilçilik İnstitutunda Bəkir Çobanzadənin həyat və fəaliyyətini araşdırıblar
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 27 oktyabr, AZƏRTAC
Özbəkistanın Fərqanə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Repressiya qurbanları muzeyinin elmi işçisi dosent Sumbula Mahmudova və Strateji inkişaf şöbəsinin aparıcı mütəxəssisi Cövhər Müseyibzadə AMEA Nəsimi adına Dilçilik İnstitutunda elmi ezamiyyətdə olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi ezamiyyətin məqsədi repressiya qurbanı, görkəmli türkoloq alim Bəkir Çobanzadənin həyat və fəaliyyətini araşdırmaq olub.
Özbəkistanlı alimlər əvvəlcə Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli ilə görüşüblər. Görüş zamanı professor N.Məmmədli B.Çobanzadənin Azərbaycandakı həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verib. Qonaqlara, həmçinin Bakı şəhərində yerləşən Siyasi repressiya qurbanları muzeyini ziyarət etmək tövsiyə olunub.
Onlar daha sonra elmi Müasir Azərbaycan dili şöbəsinin müdiri Nərgiz Hacıyeva, həmin şöbənin aparıcı elmi işçiləri Aytən Bəylərova və Türkan Əsgərova, Azərbaycan dilinin dialektologiyası şöbəsinin müdiri. Kifayət İmamquliyeva və şöbənin aparıcı elmi işçisi Kübra Quliyeva ilə görüşüblər. Bu görüşlər zamanı alimlər Bəkir Çobanzadənin elmi irsi ilə bağlı müxtəlif fakt və materiallar toplayıblar.
Sumbula Mahmudova və Cövhər Müseyibzadə B.Çobanzadə haqqında təqdim edilən zəngin materiallara görə institutun rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 27 Oktyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















