Özcan Denizin “Ağzı əyilib” deyilən iranlı həyat yoldaşı səssizliyini pozdu FOTO
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məşhur müğənni Özcan Denizin iranlı həyat yoldaşı Samar Dadqar paylaşdığı fotolarla diqqət mərkəzindədir.
Ölkə.az xəbər verir ki, estetik əməliyyat etdirdiyi ilə bağlı iddiaların gündəmə gəlməsindən sonra Dadqar öz sosial media hesabında mövzuya münasibət bildirib.
O qeyd edib:
“Dostlar, sakit olun, estetikdən ağzım əyilməyib. Mən uşaqlıqdan belə danışmışam. Üstəlik, estetik əməliyyatım yoxdur. Sadəcə illər əvvəl çox uğursuz bir diş həkimi ilə qarşılaşmışdım. Dodaqlarımda ekzema var, izləyicilərim də bilir. İllərdir bununla mübarizə aparıram - stressdən yaranıb, son 4 ildir davam edir. Bunun üçün yalnız cavanlaşdırıcı dolğu var ki, dodaq baryeri zədələnməsin, nəmlənsin deyə edilib. Hamının ürəyi rahatdırsa, dağıla bilərsiniz… Burnum da tamamilə özümündür. Çənə dolğusu və ya botoks da yoxdur, təşəkkürlər”.(musavat)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 21 Dekabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















