Özəl məhkəmə ekspertləri 10 faiz vergi ödəyəcəklər
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Özəl məhkəmə ekspertlərinin gəlirlərindən 10 faiz vergi tutulması, həmçinin onların məcburi dövlət sosial sığortasına cəlb edilməsi nəzərdə tutulur.
Modern.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.
Layihəyə əsasən, özəl məhkəmə ekspertləri fəaliyyət göstərdikləri yer üzrə vergi orqanlarında uçota alınacaqlar. Məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə əsasında aldıqları haqlar qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab olunacaq.
Həmin haqlardan xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulacaq. Ekspertlər hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanlarına bəyannamə təqdim edəcəklər. Hər ay hesablanmış vergi isə növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəniləcək.
“Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə görə, özəl məhkəmə ekspertləri gəlirlərinin xərclər çıxıldıqdan sonra qalan hissəsinin 15 faizi məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.
“Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişiklikdə isə vergi uçotuna alınmış özəl məhkəmə ekspertlərinin sığortalı qismində özlərinin çıxış etməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 05 Oktyabr 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















