Icma.az
close
up
RU
Özəl pensiya fondu Nə ilə fərqlənəcək?

Özəl pensiya fondu Nə ilə fərqlənəcək?

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünya praktikasında özəl pensiya fondları mövcuddur. Azərbaycanda da bu sahədə müzakirələr gedir. Bəs özəl pensiya fondlarını dövlət pensiya sistemindən fərqləndirən nədir?

İqtisadçı Pərviz Heydərov Metbuat.az-a açıqlamasında bildirib ki, özəl pensiya fondları effektli fəaliyyət göstərir və səmərəli xarakter daşıyır. Lakin burada müəyyən məqamlar var:

“Bu fondlara ödəniş könüllü xarakter daşıyır. Yəni, sabah ölkədə belə fondlar fəaliyyət göstərməyə başlasa, buraya məcburi deyilən hər hansı sosial sığorta ayırması mexanizmi mövcud olmayacaq. Kim gələcəkdə Dövlət Sosial Müdafiə Fondundan (DSMF), başqa sözlə desək, dövlətdən kənar mənbə hesabına da pensiya almaq istəsə, məhz onlar qeyd olunan fondlara sosial sığorta haqqı ödəyəcəklər. Məcburi dövlət sosial haqqı yalnız DSMF istiqaməti üzrə olacaq”.

P. Heydərov qeyd edib ki, burada əsas məqam vətəndaşların buna imkanının olub-olmayacağı və onları bu sistemə cəlb edən, stimullaşdıran amillərin nədən ibarət olacağıdır:

“Birinci şərt ölkədə əməkhaqlarının yüksək olmasıdır. Digər şərt isə yaradılacaq özəl pensiya fondlarının cəlb edə biləcəyi vəsaitləri necə idarə edəcəyidir. Belə ki, özəl pensiya fondları əhalidən toplanacaq vəsaitləri passiv şəkildə deyil, aktiv, yəni, gəlir gətirən formada saxlamalıdır ki, həm yaxşı pensiya ödənişləri həyata keçirsin, həm də vətəndaşlara təkcə pensiya ilə bağlı deyil, başqa istiqamətlərdə də sığorta imkanları yaratsın. Məsələn, yığılmış pensiya kapitalından vaxtından əvvəl istifadə edə bilmək və s. kimi imkanlar təqdim etsin. Bu cür məsələlər öz həllini tapmalıdır”.

Sevinc İbrahimzadə / Metbuat.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 İyun 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri