Icma.az
close
up
RU
Özəl universitetlər Bakıdan köçürülə bilər Yeni TƏKLİF GÜNDƏMDƏ

Özəl universitetlər Bakıdan köçürülə bilər Yeni TƏKLİF GÜNDƏMDƏ

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Bununla da Bakıda nəqliyyat sıxlığı və tələbə axını yenidən gündəmə gəlib. Universitetlərin şəhərdən rayonlara köçürülməsi məsələsi isə hələ də aktual mövzulardan biri olaraq qalır.
Bəs belə bir addım tələbə və müəllimlər üçün nəyi dəyişdirəcək? Universitetlərin köçürülməsi şəhərdəki sıxlığın azalmasına real təsir göstərə bilərmi?
Təhsil eksperti Məzahir Məmmədli Bizim.Media-ya açıqlamasında bildirir ki, bu infrastruktur böyük xərc tələb edən və illər aparan bir prosesdir:
“Belə bir model artıq Azərbaycanda var. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) 7 regionda filialı açılıb. Bundan başqa, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin (UNEC) Zaqatala filialı, Bakı Dövlət Universitetinin (BDU) Qazax filialı var. Orada imkanları bir qədər də artırmaq, maddi-texniki bazanı inkişaf etdirməklə yükü azaltmaq olar.
Başqa bir tərəfdən, məsələn, Lənkəran Dövlət Universiteti Bakı-Cənub bölgəsi üçün kifayət qədər geniş imkanlar açır. Yeni yataqxanalar tikilib, müasir standartlara uyğun laboratoriyalar qurulub və oradakı universitetin tədrisi heç də Bakıda yerləşən universitetlərdən geri qalmır. O cümlədən, artıq Mingəçevir Dövlət Universiteti üçün yeni korpuslar, kampuslar tikilir”.
Qarabağ Universiteti bu gün bizim üçün böyük bir təcrübədir
M.Məmmədli qeyd edir ki, Qarabağ Universitetində həm müəllimlərin həvəslə gedib işləməsi üçün geniş imkanlar açılıb, həm də tədrisin keyfiyyəti baxımından ciddi işlər görülüb. Məhz bu il üçün minimum keçid balının əvvəlcədən 350 baldan yuxarı olacağının müəyyənləşdirilməsi də bunu göstərir.
“Biz regionlarda yenidən qurulan universitetlərə bir qədər imkan yaratsaq, mərkəzdə yerləşən universitetləri köçürməkdən daha effektiv nəticə əldə edə bilərik. Çünki bu, böyük xərc və vaxt tələb edir.
Məsələn, Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxana kompleksini nümunə göstərə bilərik. Orada çox geniş yataqxana imkanları var. Gəncə Dövlət Universitetinin və Azərbaycan Texnologiya Universitetinin də yerli imkanları geniş olmasa da, bölgədə yerləşən universitetlərin imkanlarını artırmaqla müəyyən qədər Bakıda olan yükü azalda bilərik”.
Özəl universitetlər birbaşa paytaxtda və mərkəzdə fəaliyyət göstərir,  yataqxanaları da yoxdur…
Ekspertin sözlərinə görə, bütün inkişaf etmiş, hətta bizim qonşu ölkələrdə belə, özəl universitetlər regionlarda daha çox fəaliyyət göstərirlər, bizdə isə vəziyyət tam əksinədir:
“Yaxşı olar ki, dövlət bunun üçün müəyyən investisiyalar və ya böyük kreditlər ayırsın ki, özəl universitet açmaq istəyənlər regionlarda ali məktəb yaratsınlar. Həmçinin özəl sektor üçün geniş rəqabət yaradan kampuslar, yataqxanalar tikilsin ki, bu, gələcəkdə tələbələrin diqqətini cəlb edə bilsin.
Azərbaycanda fəaliyyət göstərən universitetlərin təxminən 85-90 faizinin Bakı şəhərində yerləşməsi, əlbəttə ki, müəyyən mənada sıxlığa səbəb olur və bu, öz növbəsində, təhsilin keyfiyyətinə də müəyyən problemlər yaradır.
Müəllimlərin regionlara yerləşdirilməsində hər hansı bir problem olmayacaq
Qarabağ Universitetinin nümunəsində görürük ki, qurulan mühit, yaradılan atmosfer artıq universitetlərin aparıcı müəllimlərini, professor heyətini məhz ora cəlb edir. Çünki orada müəyyən motivasiyalar, həvəsləndirici amillər var. Bu, məhz mənzil şəraitinin təmin olunması və əməkhaqqının yüksək olmasıdır”.
M.Məmmədli hesab edir ki, regionlarda məqsədli inkişafın aparılmasına cəhdlər göstərilsə, bu halda müəllimlər də heç çəkinmədən şəhərdəki sıxlıqdan, gərginlikdən daha sağlam mühitə, təmiz havası və yaxşı şəraiti olan yerlərə getməkdə maraqlı olacaqlar.
Xədicə Paşayeva, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Avqust 2026 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri