Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Özəlləşdirmə çekləri: qalmaqal böyüyür ŞİKAYƏT

Özəlləşdirmə çekləri: qalmaqal böyüyür ŞİKAYƏT

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir qrup müharibə veteranı və əmək veteranının haqqı yeyilir

Dövlət özəlləşdirmə payları sahibi olan bir qrup müharibə veteranı və əmək veteranı tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə şikayət məktubu ünvanlanıb. Məktuba imza atanlar Baş Prokurordan özəlləşdirmə paylarını satmayıb ümidlə saxlayan ailələr adından qanunlara əməl etməyən bəzi məmurların cinayət məsuliyyətinə cəlb edilməsini xahiş ediblər. Məktubda qeyd olunub ki, qanunvericiliklə qoyulmuş qaydalara ancaq qanunda göstərilən qaydalara əsasən xitam verilə bilər:

"Lakin 01.01.2011-ci ildə sonra cənab Prezidentin fərmanını icra etmədilər. İndi bəzi məmurlar "Prezident öz Fərmanı ilə Dövlət Özəlləşdirmə Paylarını dövriyyədən çıxarıb" deyərək bilə-bilə qəsdən böhtan atırlar. Hesab edirik ki, bu durum həmin məmurların törətdiyi korrupsiya cinayətidir. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 99-cu maddəsinə əsasən, hakimlərin vəzifələrindən biri də ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına, şərəf və ləyqətinə xələl gətirən hər hansı hərəkətdən çəkinməkdir. Həmin qanunun 101-ci maddəsinə əsasən, hakimi cinayət başında tutmuş cinayət təqibi orqanı bu barədə dərhal Azərbaycan Respublikasının Baş Prokuroruna məlumat verir. Baş Prokuror hakim barəsində cinayət təqibinin həyata keçirilməsi üçün əsaslar müəyyən etdikdə dərhal Məhkəmə-Hüuq Şurasına bu barədə təqdimat verir. Məhkəmə-Hüquq Şurası hakimin tutduğu andan 24 saat müddətində onun barəsində cinayət təqibinin həyata keçirilməsinə dair təqdimata Baş Prokurorun və ya onun müavininin iştirakı ilə baxır, həmin təqdimatın təmin və ya rədd edilməsin haqqında qərar qəbul edir. Bu qərar dərhal Baş prokurora təqdim edilir. Məhkəmə-Hüquq Şurasının razılığı olduqda cinayət başında tutulmuş hakim barəsində cinayət təqibi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq davam etdirilir. Belə razılıq olmadıqda cinayət başında tutulmuş hakim demək olar azad edilir. Digər hallarda isə cinayət başında tutulmuş hakim barəsində cinayət təqibinə razılıq verilməsi barədə təqdimat Azərbaycan Respublikasının Baş prokurorunun təqdimatına daxil olduğu gündən 72 saat müddətində baxılır. Məhkəmə-Hüquq Şurasının razılığı olduqda həmin hakim barəsində cinayət təqibi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə uyğun həyata keçirilir. Artıq 6 aydır Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam Kollegiyasında 2-1(102)-1781/2025 saylı iş üzrə icraat aparılır. Biz inanırıq ki, Ali Məhkəmə özü bu iş üzrə obyektiv araşdırma apararaq qanuni və əsaslı, ən mühümü ədalətli qərar qəbul edəcək. Qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1078-4-cü maddəsində Dövlət Özəlləşdirmə Paylarının (çeklərinin) qiymətli kağız və mülkiyyət hüququ olduğu öz təsdiqini tapır. Qanunla özəlləşdirmə qiymətli kağızı olan Dövlət Özəlləşdirmə Payları (çekləri) Mülki Məcəllədə göstərilən qaydalar əsasında dövriyyədən çıxarılır. Bu Payların (çeklərin) həm də mülkiyyət hüququ olduğu Mülki Məcəllədə - Qanunla təsdiqlənib və mülkiyyət hüququna xitam vermək isə Azərbaycan Respublikası Konstitusiyasına əsasən ancaq qanunla və əvvəlcədən kompensasiya ödəməklə mümkün ola bilər. Məhz Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur”. Yeni Konstitusiyamızın 29-cu maddəsinin 4-cü hissəsinə əsasən, “Heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz”. Məhkəmə iclaslarında Əmlak Məsələləri Dövlət Xidməti nümayəndəsi heç bir rəsmi sənədə əsaslanmadan, şifahi sözlə "Dövlət Özəlləşdirmə Çeklərinin Prezident tərəfindən dövriyyədən çıxarıldığını" dedi. Hakimlər də qanunsuz qərar qəbul edirlər".

Məktubda vurğulanıb ki, Dövlət Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılması mülkiyyət hüququna xitam vermək deməkdir və bu ancaq qanunla mümkündür: 

"Cənab Prezidentin Fərmanında 2011-ci il 1 yanvara qədər istifadə olunmayan çeklər dövriyyədən çıxarılır qeyd olunmayıb. Çünki dövriyyədən çıxarılma mülkiyyət hüququna xitam verməkdir və ancaq qanunla mümkündür. Fərmanda açıq-aydın göstərilib ki, özəlləşdirmə çekləri qanunvericiliklə nəzərdə tutulmuş qaydalara uyğun olaraq dövriyyədən çıxarılmalıdır. Qanunvericilik Aktlarına görə, Azərbaycan Respublikası adından Qiymətli Kağızlar buraxıldıqda, bu kağızların qaydaları hazırlanması və dövriyyədən çıxarılması məsələlərinə tam səlahiyyətli orqan Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən və müstəqil sayılan Qiymətli Kağızlar Komitəsi, sonra Maliyyə Nazirliyi və Hesablama Palatası idi. Hazırda isə bu səlahiyyət Mərkəzi Banka aiddir. Qanunla Qiymətli Kağızların dövriyyədən çıxarılması zamanı  - kompensasiya verilməsi müddəti barədə mətbuatda elan verildiyi anda, yəni bu kompensasiyanı vətəndaşlar haradan və necə əldə edəcəkləri barədə məlumatı mətbuatdan əldə etdikləri andan başlayır. Bu prosesə cavabdeh olan heç bir rəsmi dövlət orqanı tərəfindən mətbuatda elanın olmadığı halda, məhkəmələr qərarlarında qeyd ediblər ki, biz kompensasiya almaq üçün 1 illik müddəti ötürmüşük. Əgər mətbuatda elan verilməyibsə, bizim bu kompensasiyanı haradan əldə edəcəyimiz və hansı məbləğdə pul kompensasiyası alacağımız barədə heç vaxt mətbuatda rəsmi məlumat olmayıbsa bu müddət necə keçə bilər? Hakimlər və ƏMDX-nin nümayəndələri bu sualın cavabını vermədilər". 
Şikayət məktubunda göstərilib ki, 2011-2016-cı illərdə Qanunvericiliklə Dövlət Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına nəzarətə cavabdeh olan Qiymətli Kağızlar Komitəsi öz Rəsmi Dövlət saytında bu barədə açıq-aydın yazıb ki, 2011-2016-cı illərdə Özəlləşdirmə Çekləri dövriyyədən çıxarılmayıb: 

"Hətta özəlləşdirmə Çekləri qrupu adından olan ağsaqqallar 2011, 2012-ci illərdə dəfələrlə Qiymətli Kağızlar Komitəsinə müraciət ediblər. Deyiblər ki, özəlləşdirmə çekləri dövriyyədən çıxarılmayıbsa, bizə rəsmi təsdiq verin. Qiymətli Kağızlar Komitəsi rəsmi şəkildə cavab verib ki, sənəd Əmlak Komitəsi tərəfindən dövriyyədən çıxarılma haqqında yazılı rəy təqdim olunmayana qədər – dövriyyədədir. Əksinə, həmin yazışmalar təsdiq edir ki, Əmlak Komitəsi tərəfindən rəsmi müraciət olunmayıb. Ona görə də qiymətli kağız statusu qalır. Bu isə o deməkdir ki, Əmlak Komitəsi Qiymətli Kağızlar Komitəsinə rəsmi müraciət etməlidir. Kompensasiya məbləği bir neçə milyard manat olduğu üçün əvvəl dövlət büdcəsində təsdiq olunmalı, pul ayrılmalıdır. Ancaq bundan sonra çeklərin dövriyyədən çıxarılması qaydası Qiymətli Kağızlar Komitəsi tərəfindən hazırlanacaq və sonra çeklərin Dövriyyədən çıxarılacağı barədə mətbuatda elan veriləcək. 2017-ci ildə iki rəsmi cavab məktubunda Maliyyə Bazarlarına Nəzarət Palatası yazıb ki, Dövlət Özəlləşdirmə Paylarının - Çeklərinin tədiyyə vasitəsi kimi istifadəsinin 2011-ci ilin yanvarında başa çatmasına baxmayaraq, dövlət özəlləşdirmə paylarının gələcəkdə dövriyyədən çıxarılması prosedurlarını əks etdirən qaydalar hələlik müəyyən edilməyib. Bu səbəbdən də 2011-ci ilin yanvar ayının 1-nə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə (ödəniş) vasitəsi kimi istifadə edilməyən dövlət özəlləşdirmə paylarının gələcəkdə dövriyyədən çıxarılması nəzərdə tutulub. Prezidentin Fərmanında yazıldığı kimi Özəlləşdirmə Çekləri Qanunvericiliklə müəyyən olunmuş qaydada dövriyyədən çıxarılmış olsaydı, çeklərini satmayıb ümüdlə saxlayan 100 minlərlə ailədən heç olmasa biri kompensasiya almış olardı. Büdcəni təsdiq edən deputatlar bundan xəbərdar idi. Əgər özəlləşdirmə çekləri dövriyyədən çıxarılmış olsaydı, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Prezidentin 10 avqust 2000-ci il tarixli 383 saylı Fərmanının 4-cü bəndinə dəyişiklik edilərdi. Bildiririk ki, cənab Prezidentin sərəncamı ilə Yeni Özəlləşdirmə Qanunu İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanaraq 2025-ci ildə Milli Məclisin müzakirəsinə veriləcək. Deməli yeni Özəlləşdirmə Qanununda Özəlləşdirmə Paylarının (çeklərin) yenidən Ödəmə-Tədiyyə vasitəsi kimi istifadədə olunması planlaşdırılır. Qiymətli Kağızlardan Tədavül və Ödəmə-Tədiyyə vasitəsi kimi istifadəsi müvəqqəti dayandırılıb. Güman edirik ki, tezliklə böyük özəlləşdirmə qanunu ilə çeklərin inflyasiyadan qorunan yeni qiymətli veksellərə çevrilməsi nəticəsində dövriyyədə yenidən Ödəmə-Tədiyyə vasitəsi kimi istifadədə olunacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://ayna.az
archiveBu xəbər 18 Avqust 2025 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see644

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see407

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see350

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see262

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see255

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see252

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see236

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see229

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see228

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see219

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see214

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see204

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see200

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see200

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see198

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see196

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see189

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see188

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see180

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri