Özgün Özəlin yaradacağı partiyanın adı açıqlandı İLK DƏFƏ
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin əsas müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyası (CHP) daxilində böyük parçalanmaların yaşana biləcəyi kritik bir həftə başlayıb.
Partiya kulislərində yeni siyasi təşkilatın yaradıla biləcəyi ehtimalı müzakirə olunarkən, Özgür Özəl və komandasının quracağı partiyanın adının da məlum olduğu deyilir.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, partiyada “mütləq etibarsızlıq” (mutlak butlan) mübahisələri davam etdiyi bir vaxtda diqqətlər sabaha yönəlib.
İddialara görə, məhkəmə qərarı ilə CHP sədrliyini Kamal Kılıçdaroğluna təhvil verdiyi deyilən Özgür Özəl Türkiyə Böyük Millət Məclisində keçiriləcək qrup iclasında mühüm mesajlar verəcək.
Məlumatlara əsasən, Özəl qurultay prosesi ilə bağlı qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Kılıçdaroğluna açıq çağırış edəcək.
Bu çağırış “ya qurultayın keçirilməsi üçün tarix müəyyənləşdirilməsi, ya da mövcud prosesin davam etdirilməsi” məzmununda olacaq. Kılıçdaroğlunun bu çağırışa verəcəyi cavab partiya daxilindəki fikir ayrılıqlarının və gələcək siyasi mənzərənin formalaşmasında həlledici rol oynaya bilər.
Son günlər CHP kulislərində yeni partiyanın yaradılması ilə bağlı iddialar da geniş müzakirə olunur. Yeni siyasi təşkilatın gündəmə gələcəyi təqdirdə onun adının “Yürüyüş” ola biləcəyi iddia edilir.
Kulis məlumatlarına görə, mümkün yeni siyasi formalaşma ilə bağlı hazırlıq işləri aparılır, rəhbər heyət və təsisçilər şurasında yer ala biləcək şəxslərlə bağlı müzakirələr davam edir.
Həmçinin Özgür Özəlin bəzi hüquqşünaslar və incəsənət nümayəndələri ilə təmaslar qurduğu, yeni partiya yaradılacağı halda ona qoşula biləcək millət vəkilləri və bələdiyyə sədrləri ilə bağlı qiymətləndirmələrin aparıldığı bildirilir.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 22 İyun 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















