Icma.az
close
up
RU
Ozon dəliyi ötən il 2020 2023 cü illərlə müqayisədə daha da kiçilib

Ozon dəliyi ötən il 2020 2023 cü illərlə müqayisədə daha da kiçilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Berlin, 16 sentyabr, AZƏRTAC

Ozon dəliyi ötən il 2020-2023-cü illərlə müqayisədə daha da kiçilib. Bu göstərici 1990-2020-ci illərin orta səviyyəsindən də aşağıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (WMO) 16 sentyabr - Dünya Ozon Günü ilə bağlı yaydığı məlumatda qeyd olunub. Kiçilməyə illik dalğalanmalara səbəb olan təbii atmosfer hadisələri ilə yanaşı, son onilliklərdə insan fəaliyyəti nəticəsində ozon təbəqəsinə zərər verən maddələrin azalmasıdır. Bu maddələr əvvəllər soyuducular, kondisionerlər, yanğınsöndürmə köpükləri və saç spreylərində istifadə olunurdu.

Qeyd edək ki, BMT-nin Ozon Təbəqəsinin Qorunması haqqında Konvensiyasının 1985-ci ildə qüvvəyə minməsindən iki il sonra Monreal Protokolu qəbul edilib. WMO-nun məlumatına görə, protokolun müddəaları sayəsində ozon təbəqəsinə zərər verən fluor-xlor-karbon (FCKW) kimi maddələrin 99 faizindən çoxu indiyədək istifadədən çıxarılıb. Nəticədə ozon təbəqəsinin yaşadığımız əsrin ortalarına qədər 1980-ci illərin səviyyəsinə yenidən çatması gözlənilir. 2022-ci il analizinə görə, tam bərpa Arktika üzərində 2045-ci, Antarktika üzərində isə 2066-cı ildə baş verəcək.

Ozon təbəqəsi Günəşin ultrabənövşəyi şüalarının Yer səthinə çatmasının böyük ölçüdə qarşısını almaqla insanların, heyvanların və bitkilərin sağlamlığını qoruyur.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri