Özümə də maraqlıdır ki, təyinatım nəyə görə reallaşmadı? Kəpəz in sabiq baş məşqçisi
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
"Kəpəz"in sabiq baş məşqçisi Azər Məmmədov bir müddət əvvəl Gəncə təmsilçisinə idman direktoru təyin edilməli idi. Bu haqda mətbuatda xəbərlər yayılmışdı.
Lakin Məmmədovun "Kəpəz"ə yeni təyinatı hələ ki reallaşmayıb. Bu barədə Məmmədovun özündən fikir aldıq. Sportal.az saytına qısa açıqlama verən 49 yaşlı mütəxəssis bunları deyib:
"Belə söhbət var idi. Təklif edilmişdi, görüşümüz də olmuşdu. Amma "Kəpəz" məsələsi haqda ətraflı bir söz deyə bilmərəm. Bu sualı klubun rəhbərliyinə ünvanlasanız, daha yaxşı olardı. Mən özüm bu suala cavab verə bilmirəm. Özümə bir söz deməyiblər. Nə "hə" deyirlər, nə də "yox". Necə olacağını bilmirəm. Sadəcə özümə də maraqlıdır ki, təyinatım nəyə görə reallaşmadı?".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 19 Sentyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















