Icma.az
close
up
RU
Azərbaycan klubunun üzvü: “Özümü sübut etmək istəyirəm”

Azərbaycan klubunun üzvü: “Özümü sübut etmək istəyirəm”

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

NTD komandasının basketbolçusu Lakim Makalayli klubun mətbuat xidmətinə müsahibə verib.

Futbolpress.az xəbər verir ki, amerikalı oyunçu komandanın çıxışından, mövsümdən və hədəflərdən danışıb:

– Çempionatda qısa fasilə yarandı. NTD bu fasilədən necə yararlandı?
– Bu fasilədən bərpa olunmaq və görülən işləri analiz etmək üçün istifadə etdik. Düşünürük ki, fasilə bizə müsbət təsir göstərdi. Güclü tərəflərimizi daha yaxşı anladıq və üzərində işləməli olduğumuz məqamları müəyyən etdik.

– Komanda hazırda “Sabah”la qarşıdakı oyuna hazırlaşır. Hazırlıq prosesi necə gedir və komanda daxilində ab-hava necədir?
– Hazırlıq prosesi plan üzrə gedir. Həm məşqçilər korpusu, həm də oyunçular nə tələb olunduğunu dəqiq bilirlər. Komandada əhval-ruhiyyə yüksəkdir və məqsədimiz yalnız qələbədir.

– Bu mövsüm NTD üçün hələ ki uğurlu alınmır. Sizcə vəziyyəti necə dəyişmək olar?
– Vəziyyəti dəyişə biləcəyimizə inanırıq. Bunun üçün hər kəsin bir məqsəd ətrafında birləşməsi və öz üzərinə düşən işi maksimum səviyyədə yerinə yetirməsi vacibdir.

– Komandanı Azərbaycan Kuboku oyunları da gözləyir. NTD hazırkı kubok sahibidir. Kuboku yenidən qazanmaq real hədəf kimi görünürmü?
– Biz özümüzü yenidən kubokun sahibi kimi görürük. Bu asan olmayacaq, lakin sona qədər mübarizə aparacağıq. Məqsədimiz zirvəyə yüksəlməkdir.

– Azərbaycan Basketbol Liqasının ümumi səviyyəsini necə qiymətləndirərdiniz? Gözləntilərinizi doğruldubmu?
– ABL-də oyun səviyyəsi kifayət qədər yüksəkdir və düşünürəm ki, gələcəkdə daha da artacaq. Bu liqaya gələndə hər bir komandanın sona qədər mübarizə aparacağını bilirdim və heç kimi zəif görmürdüm. Burda özümü sübut etmək istəyirəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 06 Yanvar 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri