Icma.az
close
up
RU
Özümüzdə olmayanı qadında axtarmaq məhəbbət deyil, məftunluqdur... Çexov

Özümüzdə olmayanı qadında axtarmaq məhəbbət deyil, məftunluqdur... Çexov

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

15 iyul görkəmli rus yazıçısı Anton Çexovun anım günüdür.

Kulis.az bu münasibətlə ədibin həyatı haqqında diqqətçəkən faktları və yazıçının müxtəlif mövzuları əhatə edən maraqlı qeydlərini təqdim edir.

Anton Çexov 1860-cı ildə Rusiyada anadan olub və gənclik illərini atasının dükanında işləyərək keçirib. 1871-ci ildə ailə biznesi müflis olduqdan sonra ailəsi Moskvaya köçür və Çexov burada tibb təhsili almaq üçün universitetə daxil olur.

Bu dövrdə maddi ehtiyaclarını ödəmək məqsədilə yumor jurnallarına qısa mətnlər göndərməyə başlayır. 1883-1886-cı illər arasında "Oskolski" jurnalında Çexovun 300-dən çox yazısı nəşr olunub.

1886-cı ildən etibarən yaxın dostu və naşiri Suvorinin rəhbərlik etdiyi "Novoye Vremya" jurnalı da onun yazılarını dərc etməyə başlayır.

Bir müddət pyes yazmağa çalışsa da, uğursuz olur və yenidən hekayə yazmağa qayıdır. Çexov, Tolstoyun dünyagörüşünü mənimsəyir və Çarın məhbuslara qarşı münasibətlərini araşdırmaq üçün Saxalin adasına bir səfər təşkil edir.

1891-ci ildə Suvorinlə birlikdə Qərbi Avropanı ziyarət edir və 1892-ci ildə ailəsi ilə birlikdə Moskva yaxınlığındakı Melixovo kəndinə köçərək burada yazı fəaliyyətinə davam edir. Çexov, tolstoyçuluq və liberal populizm mövzusunda fikirlər formalaşdıraraq, 1897-ci ildə Emil Zolaya dəstək vermək məqsədilə Dreyfus işi ilə bağlı Fransaya səfər edir.

1899-cu ildə səhhətində yaranan problemlərə görə Yaltaya köçür və burada Tolstoy və Maksim Qorki ilə yaxın dostluq münasibətləri qurur. Moskva Bədaye Teatrının (Moskva İncəsənət Teatrı) yaradılması və dostlarının təşviqi ilə 1895-1904-cü illər arasında yazdığı pyeslərlə rus teatrını yeniləyir.

Çexovun əsərləri daxili hisslər və şəxsi qarşıdurmaları əks etdirən daxili dialoqları ilə seçilir.

1901-ci ildə Olqa Knipperlə evləndikdən sonra Çexovun səhhəti daha da pisləşir və 1904-cü ildə vərəm xəstəliyindən vəfat edir.

***


Qeyd dəftərçəsi


1891–1904

– Şərə müqavimət göstərmək olmaz, xeyirə olar.

– Qadınlardan yazanda, istər-istəməz məhəbbətdən də yazmalısan.

– Solomon müdriklik istəməkdə böyük səhvə yol verdi.

– İv(aşin) məhəbbətdən qırıldatmağı bacarırdı, sevməyi isə yox.

– Alyoşa: Ana, xəstəlikdən sonra ağlım azalıbdı, lap uşaq kimi olmuşam: gah Allaha yalvarıram, gah ağlayıram, gah da sevinirəm…

– Dyakonun oğlu itinə Sintaksis adını qoymuşdu.

– O, arvadını teatra və simfonik konsertə aparan tələbələrə yox, cavan arvadının xoşuna gələcək artistlərə və müğənnilərə qısqanırdı.

– Qardaşım şəhərin başçısı, sonra vitse-qubernator və ya departamentin direktoru, sonra isə nazirin dostu olmaq istəyir. Onun arzusu: "Vətənpərvərlik ruhunda bir məqalə yazacam, "Moskovski vedomosti"ndə çap etdirəcəm, yuxarılarda oxuyub, məni departamenti idarə etməyə çağıracaqlar.

– Kostyanın özü oxumurdu: nə səsi vardı, nə də avazı, amma konsertlər təşkil etməyi, biletlər satmağı, müğənni qadınlarla tanış olmağı yaman xoşlayırdı.

– Sofyadan alma iyi gəldiyinə görə İvanın ondan zəhləsi gedirdi.

– Sevən vaxtlarda keçirdiklərimiz, ola bilsin, normal vəziyyətdi. Sevgi insana necə olmaq lazım gəldiyini göstərir.

– Kürəkən: – Bilin ki, ərinə xəyanət etməyən qadın yoxdu. Xəyanət boş şeydi. Bundan heç kəsə ziyan dəymir.

– Əgər siz indi üçün işləyəcəksinizsə, işiniz əhəmiyyətsiz olacaq; gələcəyi nəzərdə tutaraq işləmək lazımdı. İndi üçün insanlıq ancaq cənnətdə yaşayacaq, insanlıq həmişə gələcəklə yaşamalıdır.

– Artist: Onu hamilə görəndə, bütün qadınlar mənə iyrənc və fağır göründü.

– Artist: İndiki qadınlar ancaq qulluqçuluğa layiqdirlər, onların ən yaxşısı artistliyə gedir.

– Artist: Bəli, bəlkə də yaxşı feldşer qadın tapa bilərsiniz, amma siz çalışın yaxşı arvad, ədalətli qadın tapın.

– Var-dövləti atmırsan, fikirləşirsən ki, əvvəl-axır bu dövlətdən nəsə çıxacaq.

– Ruhanilərlə aktyorlar arasında ümumilik çoxdur.

– Nina öləndən sonra məndə inam yaranıbdı ki, biz ölməzik.

– O, ancaq bircə dəfə xoşbəxt olmuşdu – çətirin altında.

– Qızlar mürəbbiyəni geyindirib-gecindirir və ona dərs deyirdilər.

– Bizim hamımız məhəbbət haqqında ancaq danışırıq və oxuyuruq, özümüzsə az sevirik.

– Azad olmayan adamlarda anlayışlar da qarışıq olur.

– Yataq otağı. Ayın ziyası pəncərəni elə işıqlandırır ki, hətta köynəyin düymələri də görünür.

– Nəcib adam itdən də utanır.

– Tərbiyəli olmaq sousu süfrəyə tökməmək deyil, tərbiyəli olmaq bunu başqası edəndə görməməkdir.

– Yaman gözləri vardı, nahardan sonra yatmış adamın gözlərinə oxşayırdı.

– Kaftar köpəyin qeydlərindən: «İnsanlar aşpazın tökdüyü yaxantını və sümüyü yemirlər. Axmaqlar!»

– Ən çox işləyən kəndlilər ömrü boyu «zəhmət» sözünü dillərinə gətirmirlər.

– Ariadna üç dildə gözəl danışır. Başında boş yer çox olduğundan o, dilləri tez öyrənir.

– Qadını elə tərbiyə eləmək lazımdır ki, səhvlərini başa düşsün, yoxsa həmişə haqlı olduğunu güman edəcək.

– Aradan beş il keçdi. Terexov Saxalində başa düşdü ki, əsas məsələ Allaha qovuşmaqdı, necə qovuşmağın fərqi yoxdu.

– İnsan inamsız yaşaya bilməz.

– O, yağışın səsinə oyandı.

– Gecələr yata bilmirdi, zavodun xiffətini çəkirdi.

– Milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdu, milli olan artıq elm deyil.

– Kişi ilə qadın arasındakı fərq: qadın yaşlaşdıqca başı arvad işinə daha çox qarışır, kişi yaşlaşdıqca arvad işindən daha çox uzaqlaşır.

– Evdə kimsə uzun müddət xəstələnəndə, ölümdən qorxan uşaqlardan başqa hamı daxilən onun ölümünü arzulayır. Məsələn, analarının ölə biləcəyi uşaqları dəhşətə salır.

– Arxasınca getdiyi iş qəflətən ona çox əhəmiyyətsiz göründü və o, geri qayıtdı.

– Tənhalar restorana və hamama söhbət eləməkdən ötrü gedirlər.

– Pyes: Belletrist – hərə öz istədiyi və bacardığı kimi yazır.

– Sorin: Mən dəhşətli dərəcədə ədəbiyyatçı olmaq arzusundaydım. Mən iki şey arzulayırdım: evlənmək və ədəbiyyatçı olmaq, amma nə onu eliyə bildim, nə də bunu.

– İnsanlara hörmət eləmək böyük ləzzətdi! Mən kitab görəndə, müəlliflərin necə sevmələrinə, necə qumar oynamalarına fikir vermirəm, mən onların ancaq valehedici əməllərini görürəm.

– Ancaq təmizləri sevmək eqoizmdi; özümüzdə olmayanı qadında axtarmaq məhəbbət deyil, məftunluqdur, buna görə də öz tayımızı sevməliyik.

– Təmiz, həyati uşaq sevinci deyilən sevinc heyvani sevincdir.

– Kim səmimidirsə, o haqlıdır.

Həkimlərin oxumağı qadağan etdiyi, "Laçınım mənim"lə dəfn olunan Məhəbbət Kazımov Məşhur musiqiçi vəfat etdi Vaqif Poeziya Günlərinin vaxtı açıqlandı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 İyul 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri