Icma.az
close
up
RU
“Özümüzü gülünc vəziyyətə salmayaq!” Qəbul imtahanları ilə bağlı açıqlama KONKRET

“Özümüzü gülünc vəziyyətə salmayaq!” Qəbul imtahanları ilə bağlı açıqlama KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İxtisaslar üzrə keçid ballarının artıb-azalması ilə bağlı indidən dəqiq proqnoz vermək mümkündürmü? Hələ nəticələr açıqlanmamışkən, keçid ballarının necə dəyişəcəyini təxmin etmək nə dərəcədə realdır? Bu suallar hazırda bir çox abituriyentin və valideynin marağındadır.

KONKRET.az xəbər verir ki, yenisabah.az məsələni araşdırıb.

Təhsil məsələləri üzrə tədqiqatçı, STM-in əməkdaşı Elmin Nuri bütün qaranlıq məqamlar barədə saytımıza açıqlama verib:

“İxtisaslar üzrə keçid ballarının artıb-azalması barədə indidən dəqiq fikir bildirmək əsassızdır. Bəzi prosedurlar mövcuddur ki, onlar barədə tələsmədən danışmaq daha məqsədəuyğundur. Əks halda, özümüzü gülünc vəziyyətə sala bilərik. Martın 10-da hansısa ixtisaslarda keçid ballarının necə olacağını söyləmək üçün kifayət qədər məlumat yoxdur.

Əvvəlcə qeyd etmək lazımdır ki, universitetlərə qəbul imtahanlarının birinci mərhələsi yalnız bir neçə gün öncə başa çatıb və nəticələrin elan olunması təxminən üç həftə sonra gözlənilir. Üstəlik, buraxılış imtahanlarının ümumi nəticələri hələ də naməlumdur. Məhz bu nəticələr müxtəlif ixtisaslar üzrə keçid ballarına təsir edəcək əsas amillərdən biridir.

Sənəd qəbulu üzrə qeydiyyat prosesi ayın 5-də tamamlanmasına baxmayaraq, Dövlət İmtahan Mərkəzi tərəfindən hansı ixtisas qrupuna nə qədər müraciətin olduğu barədə dəqiq statistika təqdim edilməyib. Bu amil də ümumi nəticələrə müəyyən dərəcədə təsir göstərən mühüm faktordur”.

Ekspert bildirib ki, yalnız bütün nəticələr tam şəkildə açıqlanandan sonra daha dəqiq qiymətləndirmə aparmaq mümkün olacaq. Onun sözlərinə görə, hazırkı mərhələdə irəli sürülən proqnozlar yalnız nəzəri xarakter daşıyır və real göstəricilərə əsaslanmır:

“Digər tərəfdən, blok imtahanları və ixtisas seçimi mərhələsi də hələ keçirilməyib. Bütün bu proseslər başa çatmamış hansı statistik göstəricilərə əsaslanaraq, ixtisaslar üzrə keçid ballarının artıb-azalması barədə fikir bildirmək mümkün deyil. Sadəcə nəzəri ehtimallar irəli sürmək olar. Məsələn, hamıya məlumdur ki, İT ixtisaslarına olan maraq ildən-ilə artır və bu sahədə müraciətlərin sayı yüksəlir. Tibbi ixtisaslar üzrə isə keçid ballarının hər zaman yüksək olduğu məlumdur.

Nəticə etibarilə, hazırkı mərhələdə keçid ballarının necə dəyişəcəyini dəqiq şəkildə proqnozlaşdırmaq mümkün deyil. Bu mövzuda yalnız imtahan mərhələləri tamamlandıqdan və statistika açıqlandıqdan sonra real nəticələrə əsaslanan qiymətləndirmə aparmaq mümkündür”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Mart 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see313

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see264

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see235

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see198

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see145

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see143

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see139

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see135

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see134

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see131

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see129

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see127

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see126

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see125

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see124

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see124

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see122

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see122

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see122

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri